İranlı gənclərin ev sahibliyi ilə həyəcan\ İran istehsalı olan robotların texnologiya səmasında uçuşu

Robototexnika elmində iranlı gənclərin gücünün nümayiş olunması üçün üç gün az idi, amma həmin üç gün ərzində iranlı gənclər texnologiya səmasını öz elmi və texnoloji gücləri ilə bəzəyiblər.

Ümumiyyətlə, İranın gənc istedadlarının olması elm və tədqiqat şöbəsinə ikiqat təkan vermişdir. Elə giriş qapısına vurulmuş İran Açıq RoboCub Müsabiqəsinin 17-ci turu ilə bağlı plakatlardan iranlı gənclərin gücünü hiss etmək olurdu. Giriş qapısının önündə gənc oğlan və qızlar RoboCub yarışlarının 17-ci turunda iştirak etdiklərinə dair xatirə şəkilləri çəkirdilər. 7-8 yaşdan tutmuş müxtəlif mərhələlərdə oxuyan tələbələrə qədər iranlı istedadlar, İranın robot texnikası sahəsindəki gücünü göstərmək üçün gəlmişdilər.

Yarışlardan biri uçan robotların yarışı idi. Bu liqa xilasetmə əməliyyatlarının simulyasiyası idi və robotların müəyyən olunmuş əlamətlərin üzərində dayanmaları, onların təcili yadım maşınının damına enmə gücünün göstərici idi. Bu liqada robotlar gərək ağıllı və avtomatik şəkildə hərəkət edən bir səthdən qalxa, havada asılı vəziyyətdə qala biləydilər. Robotlar, robotların rəqabət mühitində olan pəncərələri tapmaqla oradan çıxmağı bacarmalı idilər. Bu məqsədlə də yerə kəndir qoyulmuşdu ki, robotlar şəkil emalı və süni intellekt vasitəsilə kəndiri izləməli idilər. Həmçinin, yerə iki bağlama qoyulmuşdur və robotlar bu bağlamalrı nəzərdə tutulan yerə aparmalı idilər. Bundan sonra robotlar hərəkət edən pəncərədən keçməli və üzərində əlamət qoyulmuş hərəkət edən yerdə enməli idilər.

RoboCub nədir?

RoboCub robot texnikası elmi və süni intellekt sahəsində hər il keçirilən beynəlxalq yarışların adıdır. RoboCup adı “Robot Soccer” (futbol müsabiqəsi) və “World Cup” (dünya kuboku) kəlmələrindən götürülüb. Amma hal-hazırda bu yarışlar futbol liqasından kənar liqalarda keçirilir.

İran Açıq RoboCub Müsabiqəsi də iranlı gənclərin düzəltdikləri robotların gücünü nümayiş etdirmək üçün 2003-cü ildən bəri hər il keçirilir və bu il də yarışların 17-ci turu Azad Universitetinin elm və tədqiqat şöbəsində keçirilib.

RoboCub Müsabiqəsinin iştirakçıları şagird və tələbələrdən ibarət olub. Yarışlara 6 ölkədən olan 1000-dən çox iştirakçı qatılıb. Başqa sözlə desək, Almaniya, Rusiya, Braziliya, Çin və Əfqanıstandan olan 12 komanda İran Açıq RoboCub beynəlxalq müsabiqəsinin 17-ci turunda qeydiyyatdan keçib.

Ölkədəki problemlərin həlli istiqamətində iranlı istedadların hərəkəti

İslam Azad Universitetinin Gənc Tədqiqatçıları və Elitaları Klubunun rəhbəri Hamid Həsən Pur bu yarışların ehtiyac yönümlü fikirlər yönündə olduğunu bildirərək deyib:  Gənc Tədqiqatçılar Klubu RoboCub tədbirinin yeni tərifini yaratmaq üçün gələn il problem yönümlü rəqabətlərə tərəf hərəkət etmək fikrindədir. Elə bir formada ki, ploblem sənaye tərəfində müəyyən edilsin və universitetin həmkarlığı ilə ehtiyaca əsaslanan dizayn, tələbələr və şagirdlər tərəfindən cavab verilməsindən ötrü yenidən qurularaq uyğunlaşdırılsın.  Bu iş təhsil, tədqiqat və biliyin artırılması zəncirini tamamlamaq məqsədi ilə həyata keçirilir ki, bu sahədə elit bir cəmiyyət yaransın.

Xilasedici robotların liqası; dünya çempionatları səviyyəsində nəfəs kəsən yarış

RoboCub Müsabiqəsinin 17-ci turunda xilasedici robotlar da iştirak edib. Xilasedici robotlar müsabiqəsi bir neçə hissəyə bölünür: labirint xilasedici robotlar, xətt xilasedici robotları və ilkin xiladedici robotlar. Bundan əlavə labirint simulyasiyası adlı digər bir yarış da var. Bu yarşda şagirdlər robot hazırlamadan robotun yerinə yetirməli olduğu proqramı kompüterə yazırlar və qrafika şəkilində öz işlərinin nəticəsini görürlər.

Xətt xilasedici robotları divarların arasında hərəkət etmək əvəzinə xətti ixləyirlər və yaralı birini götürərək xilas edirlər.

Xilasedici liqasının tələbələr şöbəsinin müdirinin sözlərinə görə, bu il ilkin tələbə yardım şöbəsində 22 komanda, xətt xilasedici robotları bölməsində 13 komanda və xilasedici simulyasiyası liqasında 10 komanda bir-birləri ilə yarışıblar.

Ay mikro tədqiqatçıları

Ay mikro tədqiqatçıları da bu yarışlara gəliblər. Bu liqada təqdim olunan robotlar ayda həyata keçirilən ən sadə missiyaları yerinə yetiriblər. Ay üzərində gəzinti və axtarış, həyati əlamətlərin tapılması və nümunələrin toplanması bu robotların missiyalarından olub.

Bu robot suya qənaət etməkdə kömək edir

Bu yarışlarda ağıllı hidoponika robotu təqdim olunub. Bu robotda günəş işığını əvəz edən xüsusi LED-lər yerləşdirilib. Bitki günəş işığı olmayan yerlərdə tam şəkildə inkişaf edə bilər və (bu robot) səkkiz saatlıq vaxtı avtomatik olaraq tənzimləyə və işığı gün ərzində bitki üçün yandırıb-söndürə bilər. Bu robotda robotun su səviyyəsini göstərmək üçün su səviyyəli hissələr işlədilib. Robotun ön hissəsində bir monitor yerləşdirilib ki, müxtəlif formalardan istifadə etməklə, robotun kifayət qədər suyunun olub-olmamasını göstərir. Robotun su səviyyəsini ağlama və gülmə əlaməti ilə müəyyənləşdirir. Əslində hər bir su səviyyəsini fərqli şəkillərlə izləyicinə xəbər verir. Bu robotda temperatur və rütubət sensoru quraşdırılıb ki, robotda yerləşdirilmiş mayenin temperaturunu göstərir. Həmçinin, Robotun münasib yerdə yerləşdirilməsi barədə də xəbər verir.

Rəh Kürd: Bu robotda işlədilən hissələrin vəzifəsi, insan müdaxiləsi olmadan bitkinin tam şəkildə inkişaf etməsi üçün oksigenin çatdırılması və suyun təmizlənməsidir.

Robotların futbol üzrə Dünya Kuboku

Bu yarışlarda simulyasiya edilmiş futbol liqaları da keçirilib. Bu yarışların keçirildiyi yer digərlərindən daha izdihamlı və daha çox səs-küylü olub. Bu liqalar öyrənmə alqoritmləri, intellekt və süni intellektdən istifadə etməklə iki komandanın 11 oyunçusunun performansını avtomatik şəkildə görür. Komandalar insan müdaxiləsi olmadan bir-biriləri ilə yarışırlar və kənar şəxslər yalnız yarışı izləyə bilirlər.

Simulyasiya edilmiş bütün robotlara xüsusi təlim keçirilib. Həmçinin, ofsayd və penalti kimi futbol qaydaları simulyasiya edilmiş robotlarda tətbiq olunub.

Robot simulyasiyasında proqramlaşdırma

Bu müsaqbiqələrdə başqa bir liqa da keçirilib. Burada iştirak edənlər robot düzəltməyiblər, əskinə mövcud komandalar diqqətlərini proqramlaşdırma üzərində cəmləyiblər.

Bu liqada simulyasiya edilmiş robotlar ümumi məkanda yarışıblar. Komandalar 8 dəqiqə ərzində iki müxtəlif sahədə bir-biriləri ilə yarışıblar. Bu yarışların qaydası bundan ibarət olub ki, robotlar kənar şəxslərin müdaxiləsi olmadan hər iki sahədə axtarış aparıblar, bir sahədən o biri sahə ilə əlaqə yaradaraq ağıllı alqoritm tətbiq ediblər.

Rəsmilərin sözlərinə görə, bu müsabiqələr yaxşı şəkildə himayə olunarsa, gələcək işlərə giriş üçün bir qapı ola bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir