İranlı gənclər Türkiyə Çempionlar Kubokunda 5 qızıl və 1 gümüş medal qazanıblar

İranın gənclərdən ibarət sərbəst və Yunan-Roma güləşi üzrə seçilmiş komandası Türkiyə Çempionlar Kubokunda 6 medal əldə edib.

Xarici KİV-in verdiyi məlumata görə, həftənin bazar günü Antalya şəhərində Tükiyə Çempionlar Kubokunun gənclər arasında sərbəst və Yunan-Roma güləşi üzrə beynəlxalq yarışların 3 çəki dərəcəsində 2-ci yarışı keçirilib. Sonda İran nümayəndələri 5 qızıl və 1 gümüş medal əldə ediblər.

Gənclərdən ibarət sərbəst güləş üzrə seçilmiş komandada Şahdad  Xosrəvi 61 kq-da, Əli Rzayi 74 kq-da və Əmir Rza Deliri 92 kq-da qızıl medal qazanıblar.

Gənclərdən ibarət Yunan-Roma güləşi üzrə seçilmiş komandada Ahura Buyiri 72 kq çəkidə, Məhəmməd Hadi Seydi 87 kq çəkidə qızıl medal, Əbəlfəzl Dadmərz isə 60 kq çəkidə gümüş medal qazanıb.

İran komandasının nəticələri belə olub:

Finalda türkiyəli rəqibini məğlub edən Şahdad Xosrəvi 61 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Əli Rzayi 74 kq-da final görüşündə türkiyəli rəqibinin öhdəsindən gələrək qızıl medal əldə edib.

Əmir Rza Deliri də 92 kq-da son görüşdə Türkiyədən olan güləşçi üzərində qələbə qazanaraq qızıl medala sahib olub.

60 kq-da yarışan Əbəlfəzl Dadmərz final görüşündə Özbəkistanı təmsil edən idmançı müqabilində məğlub olub və gümüş medal əldə edib.

72 kq çəkidə mübarizə aparan Ahura Buyiri isə son görüşdə özbəkistanlı idmançı üzərində üstünlük əldə edərək qızıl medal qazanıb. İranı təmsil edən digər idmançı İrfan Vəlipur təsnifat görüşündə məğlub olaraq beşinci olub.

Məhəmməd Hadi Seydi 87 kq-da yarışıb və final görüşündə özbəkistanlı güləşçi üzərində qələbə qazanaraq qızıl medala sahib olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir