İranlı gənc şahmatçıların nailiyyətləri

İranın Şiraz şəhərində keçirilən şahmat üzrə Asiya çempionatında yarışların 18 medalının səkkizi İran nümayəndələrinə nəsib olubdur.

ISNA-nın məlumatına görə, 20 yaşdan aşağı gənclərin şahmat üzrə Asiya çempionatı İran, Livan, Hindistan, Qazaxıstan, Suriya, Vyetnam, Tacikistan və Qırğızıstandan olan 70 şahmatçının iştirakı ilə mayın 2-dən 10-dək İranın Şiraz şəhərində keçirilib. Yarışlar oğlanlar və qızlar qruplarında standart, sürətli və blits bölmələrində təşkil olunub.

Oğlanların standart bölməsində iranlı şahmatçılar- Məsud Mesdaqpur, Əlireza Firuzcah və Arəş Tahbaz müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutublar.

Qızların standart bölməsində isə Hindistan nümayəndələri hər üç medalı qazanıblar.

Qızların sürətli yarış bölməsində də iranlı şahmatçı Anuşa Məhdiyan beş xalla yarışların 2-cisi olubdur.

Bu bölmədə Hindistan nümayəndəsi altı xalla birinci olubdur.

Oğlanların sürətli yarış bölməsində isə İran təmsilçiləri Məsud Mesdaqpur və Mersad Xodaşenas müvafiq olaraq, 2-ci və 3-cü yerləri tutublar.

Bu bölmədə Vyetnam nümayəndəsi 1-ci olubdur.

Oğlanların blits bölməsində Vyetnam nümayəndəsi 1-ci, Hindistan nümayəndəsi 2-ci, iranlı şahmatçı Əmir Məsud Moradi isə 9 oyundan 7 xalla 3-cü olubdur.

Qadınların blits bölməsində də İran təmsilçisi Mobina Əlinəsəb 9 oyundan 8 xalla yarışların çempionu, Hindistan nümayəndəsi 2-ci, Tacikistan təmsilçisi isə 3-cü olubdur.

Yarışların sonunda İran yığması 2 qızıl, üç gümüş və üç bürünc medalla yarışların çempionu adını qazanıbdır.

Hindistan komandası 2 qızıl, üç gümüş və 2 bürünc, Vyetnam millisi iki qızıl, Tacikistan yığması isə bir bürünc medalla sonrakı yerləri tutublar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir