İranlı gənc qadın «drakon but»çuların üçüncü qızıl medalı

İranin gənc qadınlardan ibarət «drakon but» komandası iki yüz metr məsafəyə yarışlarda qızıl medala sahib çıxıb və dünya çempionu olubdur.

İRİB-nin məlumatına əsasən, «Drakon But», yelkənli qayıq idmanı üzrə komanda yarışlarında istifadə olunan ensiz və uzun cüssəli əjdahaqayıq formasında olan Çin avarçəkmə qayığıdır.

Iranin gənc qadınlardan ibarət «drakon but» komandası Çexiya Respublikasının Raçiç şəhərində keçirilən dünya çempionatının iki yüz metr məsafəyə yarışlarında bir dəqiqə 4,410 saniyə göstərici ilə dünya birincisi olub.

Bu, gənc iranlı qadınların həmin yarışlarda əldə etdikləri üçüncü qızıl medaldır.

İranı qızlar bundan öncə iki min və beş yüz metrə olan məsafələrdə də qızıl medal almışdılar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir