İranlı elitalar meşəni qoruyan dronlar hazırlayıblar

Dronlar müxtəlif məqsədlərlə, o cümlədən mülki məqsədlərlə istifadə olunan faydalı cihazlardandır. Bu dronların hazırlanması İranda elm təməlli ekosistemin yeni və qabaqcıl nailiyyətlərindən biridir.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən, müşahidə dronları Yerin səthini araşdırmaq yaxud xəritəsini çəkmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarıdır. Bu qabaqcıl dronların istehsalı və idarə olunması elm təməlli İran şirkətlərdən birinin fəaliyyət mövzusudur.

Bu şirkətin baş direktoru Muhəmməd Həsən Hicrət nəzarətçi və xəritə çəkən uçuş aparatlarının istehsalına işarə edərək deyib: Kohenz E1 və X1 adı altında dizayn edilərək kommersiyalaşdırılan bu məhsullar aerofotoqrafiyada dəqiqlik və münasib qiymət kimi xüsusi üstünlüklərə malikdir.

O, bazarda dronlara olan ehtiyacın  artmasına və beynəlxalq səviyyədə uçuş aparatlarından istifadənin inkişaf prosesinə işarə edərək deyib: Bizim diqqətimiz mülki sahələrə və xüsusi olaraq xəritəçəkmə və havadan nəzarətədir. Enerji və neft xətlərinin monitorinqi, ətraf mühit, kənd və meşə təsərrüfatı da istifadə sahələrindəndir. Xəritəçəkmə şirkətləri və havadan nəzarətə ehtiyacı olan digər sahələr bu məhsulun müştəriləri sayılırlar.

O, istehsal edilmiş bu məhsulun ölkə daxilində nümunəsinin olmamasına işarə edərək deyib: Sabit qanadlı dronlar sahəsində İsveç və İsveçrə şirkətləri dünya səviyyəsində geniş fəaliyyət göstərirlər. Amma elm təməlli şirkətin bu məhsulu tamamilə ağıllı və avtomatik olub, çətin ərazilər üçün buraxılış qurğusu və eniş üçün çətirə malikdir. Bu da dronun təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.

Hicrət İran istehsalı olan nümunənin istehsalının və istifadəsinin, idxal xərclərini və valyuta çıxışını azaldığına işarə edərək sözlərinə davam edib: Bu məhsulların oxşar nümunələrinin idxalı əsasən qeyri-rəsmi mənbələrdən və qaçaqçılıq yolu ilə həyata keçirilir və üç milyon dollar valyutanı ölkədən çıxarır.

Bu elm təməlli şirkətin baş direktoru yerli nümunənin dəstəklənməsinin üstünlükərinə və məhsulun ümümi dəyərinə işarə edərək deyib: Bir il qaranti və satışdan sonra beş il xidmətə sahib olmaqla yanaşı, yerli istehsal nümunəsinin qiyməti xarici oxşar məhsullarının təxminən üçdə biri qədərdir.

O, bu elm təməlli şirkətdə yaradılmış məşğuliyyətə işarə edərək deyib: Bizim şirkətdə birbaşa olaraq 100-dən çox insan çalışır. Əgər xəritəçəkmə, nəzarət və bu cihazdan istifadə sahəsində mənfəəti olanları nəzərə alsaq, on mindən çox insan üçün məşğuliyyət yaranmışdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir