İranlı alimlərin dünyanın 3 ölkəsinin tədqiqatçıları ilə həmkarlıqda uğurları

İranlı alimlər dünyanın 3 ölkəsinin tədqiqatçıları ilə həmkarlıqda yeni uğura imza atıb və döş xərçəngini hədəfə alan nanogel hazırlayıblar.

Damğan Universitetinin Kimya fakültəsinin elmi heyətinin üzvü Ehsan Nəzərzadə və onun doktoranturadan sonrakı tədqiqatçısı Mətinə Qumi, Əhvaz Jondi Şapur Tibb Elmləri Unuversitetinin, İngiltərə, İtaliya və Avstraliya universitetlərinin tədqiqatçıları ilə həmkarlıq edərək “döş xərçənginin müalicəsi və bioloji görüntünməsi üçün həssas və aktiv flürean kompozit nanogel” adlı tədqiqat məqaləsini çap etdirməyə müvəffəq olublar.

Bu məqalə, İran Elmi Rəhbərləri Federasiyasının tam dəstəyi ilə və Ehsan Nəzərzadənin rəhbərliyi altında Mətinə Quminin doktoranturadan sonrakı tədqiqat işindən ələ gəlib.

Bu məqalədə deyilir ki, döş xərçənginin müalicəsindəki son inkişaflara rəğmən, ölümün əsas səbəbi döş xərçəngi şişlərindən əmələ gələn metastazdır.

Təəssüflər olsun ki, metastatik şişlər cərrahi əməliyyatı və radioterapiya ilə aradan getmirlər. Buna görə də döş xərçənginin qarşısının alınması yaxud müalicəsi üçün xərçəng əleyhinə yeni dərmanlardan istifadə edilməsi zəruri görünür.

Herceptin, döş xərçənginin müalicəsində təsirli olan kimyaterapiya dərmanıdır. Bu dərman,  xüsusi olaraq səthi yaxud hüceyrə daxili düyünləri hədəf seçmək hazırlanıb. Buna görə də məxsus hüceyrələr üzərində iş görür və eyni halda xərçəng hüceyrələri üzərində daha çox təsir qoyur, sağlam hüceyrələr üzərində daha az yan təsirlərə səbəb olur.

Hal-hazırkı tədqiqat işində lesitin nanogeldə keratinin ilə funksional karbon nöqtələrinin birləşməsindən əmələ gələn izləmə və bioloji cavab vermə qabiliyyətli aktiv flürean kompozit nanogel hazırlanıb.

Nanogel, mayalandıqdan sonra ona müsbət HER2 döş xərçəngini hədəf seçmək üçün xərçəng əleyhinə Herceptin dərmanı yerləşdirilir.

Ümümikdə mayalanmış lesitin-inulin kompozit nanogel, müsbət HER2 döş xərçəngini hədəf seçmək üçün ümidverici bir seçim ola bilər.

Bu məqalə, Advanced Composites and Hybrid Materials jurnalında 11/80 impakt faktoru ilə dərc olunub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir