İranlı alim kimya üzrə dünyanın ən yaxşı gənc alimi mükafatını qazanıb

İranlı alim Beynəlxalq Chemometrics Konfransında dünyanın ən yaxşı gənc alim mükafatını qazanıb.

İRİB-nin məlumatına əsasən, Tehranın Şərif Sənaye Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, İtaliyada keçirilən Analitik Kimya üzrə 18-ci Beynəlxalq Chemometrics Konfransında Şərif Sənaye Universitetinin kimya fakultəsinin professoru Hadi Pərəstar Şəhri “CHEMOLAB 2022” mükafatını qazanıb. 

Mükafat iki ildən bir, son 5 ildə kimyometrikanın inkişafına mühüm töhfə vermiş 40 yaşından kiçik uğurlu və görkəmli tədqiqatçıya verilir.

Keyfiyyətli məqalələrin nəşri, dünyanın digər kimyometrik qrupları ilə beynəlxalq qarşılıqlı əlaqə, dünya kimyometrik elmi toplantılarında iştirak və çıxışlar, beynəlxalq jurnallar üçün məqalələrə hakimlik etmək bu mükafatı almaq üçün ən yaxşı tədqiqatçının seçilməsində mühüm göstəricilərdəndir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir