İranlı ağır atlet üç qızıl medal qazanıb

İran ağır atletikasının 96 kiloqramdakı nümayəndəsi üç qızıl medal alıb.

İRİB-nin məlumatına əsasən, İslam Həmrəyliyi Oyunlarının ağırlıqqaldırma yarışlarında 96 kiloqram çəki dərəcəsində 167 kiloqramlıq ağırlığı qaldıran Rza Beyralvənd qızıl medal qazanıb.

Beyralvənd iki hərəkətdə 194 kiloqramla birinci olub. O, növbəti cəhddə 205 kiloqramlıq ağırlığı qaldırmağa cəhd etsə də uğursuz qalıbdır.

Bu iranlı idmançı ümumilikdə 361 kiloqramlıq nəticə ilə üçüncü qızıl medalına sahib çıxıb. Bu çəki dərəcəsində Ərəbistan və Özbəkistan ağır atletləri ikinci və üçüncü olublar.

Türkiyənin Konya şəhərində avqustun 9-da başlanan beşinci İslam Həmrəyliyi Oyunları avqustun 18-dək davam edəcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir