İranın Yunan-Roma güləşçiləri, yarışları 5 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar

Qazaxıstanın Astana şəhərində Asiya Çempionatının böyüklər arasında Yunan-Roma güləşi üzrə yarışlarının 33-cü mərhələsi keçirilib.

Yarışların sonunda Həsən Rəngərzin yetirmələri 5 qızıl, 2 gümüş və 1 bürünc medalla yarışları sona çatdırıblar.

Qızıl medal qazanan idmançılar 55 kq-da Puya Dadmərz, 63 kq-da İman Muhəmmədi, 87 kq-da Nasir Əlizadə, 97 kq-da Mehdi Bali və 130 kq-da Əmin Mirzəzadədir.

Gümüş medal əldə edənlər 67 kq-da Rza Abbasi və 77 kq-da Əmin Kaviyani Nejad olub. Bu yarışlarda Kaviyani Nejad zədələndiyinə görə finalda iştirak edə bilməyib və gümüş medala sahib olub.

Bürünc medalın sahibi isə 82 kq çəki dərəcəsində yarışan Əlirza Mohmidi olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir