“İranın Xəyyam peyki Amerika və onun müttəfiqləri üçün ipi çəkilmiş bir bombadır”.

“The Times of İsrael”: Xəyyam peykinə nəzarət Tel-Əviv və Vaşinqtonu ciddi məşğul edir

Sionist qəzetlər ekspertlərin İranın Xəyyam peyki barədə müxtəlif nigarançılıqlarını gizlətməyərək yazır: İranın yeni kosmik peyki sionist rejimi buna nəzarət üçün ciddi surətdə məşğul edəcək qədər mürəkkəb potensiallıdır.

Fars Xəbər Agentliyinin verdiyi məlumata əsasən, “The Times of İsrael”  qəzeti İranın çərşənbə axşamı günü 9 avqust tarixində orbitə uğurla göndərdiyi Xəyyam peyki barədə yazır: Ekspertlər bu yeni iran peykinin ciddi nəzarət rejiminə ehtiyacı olması barədə xəbərdarlıq etmişdilər; Xəyyam peyki işğal olunmuş Fələstin torpaqlarında həssas məntəqələri müşahidə və ən yüksək məkandan yerdə olan əşyaların aşkar çəkilməsi potensialı sionist rejim üçün ciddi problemlər yarada bilər.

 ABŞ raket hücumlarından pariyadankəar müdafiə koalisiyasının baş eksperti Tolle Einbar “New Yourk Times”la müsahibəsində deyib: Bu İran üçün real bir müvəffəqiyyətdir. Çünki İran ilk dəfədir ki, tam aşkar surətdə fotoşəkil göndərə biləcək bir peykdən istifadə edəcək. Bu peyk ötən dəfəkilərdən çox fərqlidir və daha keyfiyyətlidir.

Müsahibənin davamında deyilir: Bu peyk yüksək təsvir dəqiqliyinə və təsvirlərin isə bir metr ayırdetmə qabiliyyətinə malikdir. Həmçinin, bu peyk yer səthini müxtəlif təsvir spektrlərində təsvir etmək potensialı İsrailin özünün uzun müddətdir bu sistemdən istifadə etdiyi üçün böyük təşviş yaradıb.

Ekspertlərin fikrincə “bundan sonra İran keçirdiyi hərbi əməliyyatlar barədə dəqiq məlumatı bu peyk vasitəsilə əldə edəcək. Həmçinin bu peykə dəstək olan təşkilatları bir arada izləyəcək. Bu isə əslində İran, İsrail və Amerika texnologiyası arasında fərqlərin azalması deməkdir.

Müsahibədə həmçinin deyilir: Ötən həftə Qərb rəsmilərindən 2 nəfər “Vashington Post”a deyiblər ki, İranın Xəyyam peyki ölçü tiplidir və 1,2 dərəcə aydınlıqdadır. Bu isə əşyaların minimum ölçüdə daha dəqiq görüntüsünü alıb müşahidə etmək deməkdir.

Bu iki rəsminin sözlərinə görə ”bu, İranın sahib olduğu ən böyük uğur olsa da, hələ ABŞ-ın dərəcəsinə çatmaz” deyə iddia ediblər.

Adlarının gizli qalmasını istəyən bu iki ekspert həmçinin deyiblər: Bəlkə də bu peyk İranın İsraildəki hərbi saytlarına, bəzi məkanlara və Fars Körfəzindəki infrastrukturlara nəzarət sahəsində böyük nailiyyətlər gətirəcək.

“The Times of İsrael”  qəzetinin yazdığı bir məqalədə Tramp dövləti Milli Təhlükəsizlik Şurasının İran məsələləri üzrə siyasi şərhçisi və Co Baydenin “demokratların müdafiə fondu”nun baş müşaviri Riçard Goldberg “Vashington Post”a belə dediyi yazılır: “İranın Xəyyam peyki Amerika və onun müttəfiqləri üçün ipi çəkilmiş bir bombadır”.

Riçard Goldbergin sözlərinə görə “Yaxın Şərqdə İranın qısa, orta və uzun mənzilli raket sistemli arsenalları günü-gündən inkişaf edir və PUA istehsalı ilə də öz mövcudluğunu təkmilləşdirdiyini nəzərə alaraq, peyk və müşahidə imkanlarının bunlara əlavə edilməsi İran təhdidlərinin daha da güclənməsinə gətirib çıxarır.

Sionist rejimin “The Times of İsrael”  qəzetinin həmçinin bir başqa iddiasında deyilir: Əlbəttə, Xəyyam peykinin ilk fəaliyyətinin İsrail barədə casusluq etməməsi təbii bir prosesdir. İlk hədəfin Ukrayna olduğu ehtimalı daha çoxdur. Qərb rəsmiləri Vashington Postla müsahibələrində belə bir məsələni də gündəmə gətirərək deyiblər ki, “Rusiyanın niyyəti qonşusuna hücumun davamında İranın Xəyyam peykindən istifadə etməkdir”.  Bu iki rəsminin dediyinə görə rəsmi Moskva müharibəyə nəzarət məqsədi ilə bir neçə ay Xəyyamdan istifadə edəcək.

Qeyd edək ki, “The Times of İsrael”  qəzetinin bu yazısında bütün bu deyilənlərdən əlavə  4 il əvvəl “Xəyyamın” müqaviləsinin Rusiya və İran arasında bağlandığını deyən cəfəng iddialara da yer verilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir