İranın xərçəng əleyhinə dərmanının təqdimatı

13-cü hökumətin Əlborz vilayətinə ikinci səfəri zamanı İranın xərçəng əleyhinə inyeksiya dərmanı olan “Siklofosfamid” dərmanı təqdim olunub və ölkənin ehtiyacı tamamilə aradan qaldırılıb. Ölkənin bu dərmana olan ethiyacı illik 400 min doza idi və bu vaxta qədər sanksiya tətbiq olunan dərmanlar sırasında olub.

Xarici KİV-in verdiyi məlumata görə, dünən 13-cü hökumətin Əlborz vilayətinə ikinci səfəri zamanı Əlborz vilayətinin elm təməlli şirkətlərindən biri, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavininin iştirakı ilə ölkədə ilk dəfə olaraq xərçəng əleyhinə inyeksiya dərman məhsulu olan “Siklofosfamid”-i təqdim edib.

Xərçəng əleyhinə inyeksiya dərmanı “Siklofosfamid” Endoxina ticarət adı ilə 500 mq və 1000 mq olmaqla iki dozada istehsal olunub. Qida və Dərman Təşkilatından lazımi lisenziyaları əldə etdikdən sonra növbəti bir neçə ay ərzində ölkədəki apteklərə paylanılacaq.

Əlborz vilayətinin Elm və Texnologiya Parkının rəhbərinin sözlərinə görə, bu xərçəng əleyhinə inyeksiya dərmanı daha çox xərçəng xəstəliyinin bir çox növünə, o cümlədən qan, yumurtalıq, döş və göz xərçənginə tutulan xəstələrin müalicəsində tətbiq olunur.

Bu dərman sankisyaya məruz qalmışdı. İllik olaraq təxminən 5 milyon dollar valyuta çıxışına sahib idi. Onun ölkə daxilində istehsalı valyuta çıxışının qarşısını alınacaq və gələcəkdə onun ixracatına imkan yaradacaq.

İranın müalicə sahəsinin bu dərmana olan illik ehtiyacı orta hesabla 400 min dozadır. Bu məhsulun tamamilə yerli istehsalı ilə ölkənin xarici nümunələrin gətirilməsi ilə bağlı ehtiyacı aradan qalxacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir