Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verilən məlumata görə, elm təməlli şirkətlərdən biri tərəfindən dizayn edilərək istehsal edilən Sina uzaqdan robotik cərrahiyyə sistemi, indi İndoneziyaya ixrac olunmaqla, bu ölkənin iki şəhərində istifadəyə verilib.
Sina Robotik və Tibbi İnnovatorlar Şirkətinin baş direktoru Əlirza Mir Baqiri İndoneziyaya ixrac olunmuş bu yerli texnologiya barəsində deyib: Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyi və Elm Müavinliynin Beynəlxalq Əlaqələr Mərkəzi tərəfindən İran və İndoneziya arasında müştərək əməkdaşlıq müqaviləsinin imza olunmasının ardınca, Sina şirkətindən 2 ədəd Sina cərrah robotu alınıb və 2021-2022-ci illərdə İndoneziyanın iki şəhərində 500 km fasilə ilə quraşdırılıb.
O, sözlərinin davamında deyib: Biz bu illər ərzində hər bir şəhərdə 60-dan çox indoneziyalı cərraha təlim vermişik. Hər bir şəhərdə təlim keçmiş bu cərrahlar arasından 10-dan çox cərrah parakilinik və kilinik tədqiqatlar prosesinin davamı üçün seçilib.
Bu texnologiya şirkətinin baş direktoru deyib: 2023-cü il və son günlərdə ölkə prezidentinin İndoneziyaya səfəri xoş qarşılanıb. Hər iki ölkənin prezidenti bu texnologiyanın ixracatından razı qaldıqlarını bildiriblər.
O, əlavə olaraq deyib: Onlar İndoneziyanın iki şəhərində 500 km fasilədə uzaqdan robotik cərrahiyyənin uğurlu icrasından razı qalıblar və vurğulayıblar ki, bu layihə gərək daha çox güc və səylə davam etsin.
Mir Baqiri İndoneziya ilə əməkdaşlıq və yerli istehsal texnologiyasının ixracatı barəsində deyib: İndoneziya Səhiyyə nazirinin 2018-ci ildə İrana səfərinin və bu sistemi ziyarət etməsinin ardınca, biz bu robotu onlara tanıtdırmaq üçün fürsət tapdıq. İndoneziyalı rəsmilər bu robotla yaxından işləyərək bu texnologiyanı almaqda maraqlı oldular. Onlar bildirdilər ki, bu sistem, bu robotun oxşarı olan Amerika variantı üçün yaxşı rəqib ola bilər.
O, həmçinin deyib: İndoneziyalı rəsmilər bu robotun nisbi üstünlükləri ilə tanış olublar və bildiriblər ki, bu avadanlıq elə bir şəkildə hazırlanıb ki, məqbul qiymətə inkişafda olan ölkələr üçün istifadə edilə bilər.
Elm təməlli şirkətin baş direktoru bildirib: İndoneziya rəsmiləri hesab edirdilər ki, bu avadanlığın ilkin qiyməti və hər bir əməliyyat üçün onun dizayn və istehsal xərci adi əməliyyatlardan çox da aşağı deyil.
Mir Baqiri deyib: Bu ziyarətin və bu robotdan istifadənin ardınca İndoneziyanın o vaxtkı naziri bu məsələnin ardınca düşdü ki, indoneziyalı cərrahlardan bir neçəsi İrana səfər edib bu cihazla yaxından tanış olsunlar. Bu cərrahlar bu robotu istifadə etdikdən sonra bildirdilər ki, bu cihaz çox tətbiqli və Amerika modelinin münasib əvəzləyicisidir.
O, bu layihənin İndoneziyada uğurlu olmasından razılığını biruzə verərərk deyib: İndoneziya mediyalarında açıqlanıb ki, bu ölkənin camaatı ölkələrindəki cərrahiyyə sahəsində bu texnologiyanın istifadəsindən çox razıdırlar və ümid edirlər ki, İranla qarşılıqlı əməkdaşlıq sayəsində bu texnologiyanın lokallaşması yolunda addım ataraq gələcəkdə bu texnologiyanı öz ölkələrində istehsal etsinlər.