İslam Həmrəyliyi oyunlarına göndərilmiş İranın taekvondo üzrə milli komandası bu yarışlarda öz işini 13 medalla başa vurub.
IRIB-nin məlumatına əsasən, 15 idmançı ilə 5-ci İslam Həmrəyliyi Oyunlarına qatılmış İranın Taekvondo üzrə milli komandası qadınlar və kişilər bölməsində 5 qızıl, 4 gümüş, 4 bürünc olmaqla ümumilikdə 13 medal qazanmağı bacarıb və İslam Həmrəyliyi Oyunlarında çempion olub.
5-ci İslam Həmrəyliyi oyunları avqustun 9-dan Türkiyənin Konya şəhərində başlayıb və avqustun 18-dək davam edəcək.