İranın su elmi və texnologiyası ilə bağlı elm yaradıcılığında dünyada 4-cü yerə yüksəlməsi

Su, İqlim və Ətraf Mühit Elm Təməlli İnkişaf Mərkəzinin katibi bildirib ki, su elmləri və texnologiyası sahəsində dünyanın elm istehsalçısı olan bütün ölkələri arasında 2021-ci ilə nisbətən 2 pillə qalxaraq 4-cü yerdə dayanmışıq.

Xarici KİV-in verdiyi məlumata görə, İran bir çox elm sahələrində dünyanın mütərəqqi və səviyyəli ölkələrindən biridir. Dünya statistikası onu göstərir ki, su elmi və texnologiyası ilə bağlı elmi istehsallar sahəsində İran dünyada 4-cü yerdədir.

Su, İqlim və Ətraf Mühit Elm Təməlli İnkişaf Mərkəzinin katibi Muhəmməd Himmət bildirib: Scopus məlumatlarından götürülmüş Cymago rentinqi tərəfindən dərc olunmuş yeni məlumatlar göstərir ki, su elmi və texnologiyası (Water Science and Technology) sahəsində 2022-ci ildə dünyanın elm istehsalçısı olan bütün ölkələri arasında 4-cü yerdə dayanmışıq. Son 25 il ərzində İran bu sahədə bizdən elmi üstünlüyə malik olan 53 ölkədən bu üstünlüyü alaraq öz adına yazıb. İran Hal-hazırda İngiltərə, Almaniya, Kanada, Fransa, Rusiya, Yaponiya, Hollandiya, İsveç, İsveçrə, Norveç və bir çox digər ölkələrdən daha yüksəkdə dayanır.

Himmət, Scopus məlumatlarının dünyanın elm reytinq sistemindəki əhəmiyyətinə toxunaraq deyib: 2021-ci ildə 6-cı, 2022-ci ildə isə 4-cü yerə sahib olmuşuq. Bu böyük iftixardır. Bu sahədə dünyanın 5 ən üstün ölkəsi arasına daxil olmaq, ölkənin bu sahədə əhəmiyyətli dərəcədə elmi inkişafının və müəllimlərin, texnoloqların, tələbələrin ölkənin inkişafı və tərəqqisində güclü iradələrinin göstəricisidir.

O, İranın hal-hazırda dünyada elm sahələrinin çoxunda ən yaxşı ya da yaxşı reytinqə sahib olmasına işarə edərək əlavə olaraq deyib: Ölkədəki mövcud şəraiti, elm yaradıcılığı və texnologiyanın inkişafındakı məqbul gedişatı nəzərə alaraq demək olar ki, “bacarmaq” inancı mərhələsindən keçmişik və bir çox sahələrdə alimlər, müəllimlər, tələbələr, texnoloqlar “qüllələrin fəthi” və ən yaxşı olmaq düşüncəsindədirlər.

Su, İqlim və Ətraf Mühit Elm Təməlli İnkişaf Mərkəzinin katibi sözlərinin davamında deyib: Ölkələrin inkişaf və iqtidar səmtinə doğru hərəkətinin mərkəzi nöqtəsi, bacarmaq məfhumunu başa düşmək və ona həqiqətən inanmaqdır. Elm və texnologiya sahələrində öz bacarığına inanan ölkənin gəncləri və ziyalıları tərəqqi qapılarını fəth edəcək, özləri və ölkələri üçün aydın üfüqlər yaradacaqlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir