Tədqiqatçılar nəfəs borusu manjetinin təzyiqinə ağıllı nəzarət cihazını istehsal edərək kommersiyalaşdırmağa müvəffəq olublar. Bu cihazdan istifədə etməklə tənəffüs və reanimasiya şöbələrindəki xəstələrin intubasiyasından yaranan problemlər və narahatlıqlar azalacaq.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən, ağıllı ölçmə və nəfəs borusu manjetinin təzyiq təmizləyicisi cihazı tənəffüs və tənəffüsə dəstək avadanlıqları arasında çox istifadə olunan bir cihazdır və onun idxalı illik olaraq milyonlarla dollar valyuta ixracına səbəb olur.
Reanimasiya şöbələrindəki xəstələr və kəskin tənəffüs xəstələri üçün intubasiya diqqətlə baş tutmalıdır və buna görə də, nəfəs borusu manjetinin təzyiqinin düzgün tənzimlənməsi çox əhəmiyyətlidir. Belə ki, nəfəs borusu manjetinin təzyiqinin az olması ventilyator cihazlarda xəta baş verməsinə və xəstə üçün tənəffüs problemlərinə səbəb olur. Bu təzyiq çox olduğu təqdirdə, xəstədə növbəti problemlərə gətitib çıxarır.
Səhiyyə sahəsinə aid bu məhsul Behbod Gostar Liam İranian şirkəti tərəfindən istehsal edilərək kommersiyalaşdırma mərhələsinə çatıb. Bu şirkət anesteziya və tənəffüs üçün tibbi avadanlıqların istehsalı sahəsində fəaliyyət göstərir və bazara çoxsaylı texnoloji məhsullar təqdim edib. Tibb işçiləri bu cihazın yardımı ilə xəstənin nəfəs borusu manjetinin təzyiqini ağıllı şəkildə ölçə və ona nəzarət edə biləcəklər.
Tənəffüsə dəstək avadanlıqlarına olan təcili ehtiyacın təmin olunması
Behbod Gostar Liam İranian şirkətinin baş direktoru Müslim Beqol nəfəs borusu manjet nəzarətçisinin “Smart Cuff” ticarət adı altında istehsalına və kommersiyalaşdırlmasına toxunaraq deyib: Bu cihaz reanimasiya şöbələrindəki xəstələr, əməliyyat müddəti uzun olan əməliyyat otağı xəstələri və ev şəraitində ventilyator altında olan xəstələr üçün istifadə olunur. Bu cihaz tibb bacıları və həkimlərin əsas narahatlıqlarından biri olan nəfəs borusu manjetinin təzyiqinə nəzarət problemini aradan qaldırır.
O, təzyiqin ölçülməsində çox yüksək diqqətin və nəfəs borusu manjetinin təzyiqinə nəzarət üçün mikronasoslardan istifadənin İran istehsalı olan nəfəs borusu manjetinin təzyiqölçmə cihazının üstünlüklərindən olduğunu bildirərək əlavə edib: Bu cihaz nəfəs borusu manjetində mümkün sızmalar barəsində xəbərdarlıq edir və tibb işçiləri üçün xəstələrin intubasiya prosesini asanlaşdırır. İntubasiya prosesində diqqətin yüksəldilməsi, nəfəs borusunun hava yastıqları ilə nəfəs borusunun divarının təmas nöqtəsində təzyiqin həddindən çox artmasının qarşısının alınması bu məhsulun digər üstünlüklərindən sayılır.
Bu texnoloq, həmçinin nəfəs borusu intubasiyasından yaranan yan təsirlərin azaldılması yaxud aradan qaldırılmasına işarə edərək xatırladıb: İntubasiya nəticəsində xəstənin narahatlığı, toxuma şişkinliyi, əsas toxuma işemiyası, nekroz və.s kimi yan təsirlər və problemlər önə çıxır. Bu cihaz bu yan təsirləri azaltmaqla yanaşı, təzyiqin həddən çox aşağı düşməsinin qarşısını alır, nəfəs borusunun hava yastıqları ilə nəfəs borusunun divarının təmas nöqtəsində daxil olan qazların sızma yolunu yaradır, zədələnmə miqdarının və nəfəs borusu daxilindəki boru hava yastığı təzyiqinin uyğun olmamasından yaranan qarşıdurmaları azaldır və xəstəxanaların müxtəlif bölmələrindəki tibb bacılarının fəaliyyət yükünü və iş stresini azaldır.
Beqol bu cihazın istehsalının tibb işçilərinin və tibbi ləvazimat və avadanlıqlar bölmələrinin rəsmiləri tərəfindən böyük rəylə qarşılandığını bildirərək, əlavə edib: İranın təcrübəli və mütəxəssis mühəndislərinin nəfəs borusu manjet cihazının aparatını və proqramını hazırladıqlarını nəzərə almaqla, bu sahədə özünü təmin etmə valyuta çıxşının və xaricdən asılılığının qarşsını ala bilər.