İranın “Sina” robotunun ABŞ-ın cərrah robotunun inhisarının məğlubiyyətindən dünya bazarlarındakı mövcudluğuna qədər

İndoneziya öz xəstəxanalarında ABŞ-ın Davinçi robotundan istifadə etdiyi bir şəraitdə İranın uzaqdan idarə olunan cərrah robotu olan Sinaya müştəri olub. Həmin günlər bir çoxlarının fikrini özünə cəlb edən nöqtə bu idi ki, İranın Sina robotunun ABŞ robotuna nisbətdə indoneziyalı cərrahları heyrətə gətirən hansı üstünlükləri vardı?

2021-ci ilin Dekabr ayında hər kəsin diqqətini özünə cəlb edən xəbər “İranın Sinası ABŞ-ın Davinçisini əvəzləyir” xəbəri idi. İndoneziya öz xəstəxanalarında ABŞ-ın Davinçi robotundan istifadə etdiyi bir şəraitdə İranın uzaqdan idarə olunan cərrah robotu olan Sinaya müştərin olub. Həmin günlər bir çoxlarının fikrini özünə cəlb edən nöqtə bu idi ki, İranın Sina robotunun ABŞ robotuna nisbətdə indoneziyalı cərrahları heyrətə gətirən hansı üstünlükləri vardı? Görəsən, uzun müddət İranın bu texnologiyasından istifadə etdikdən sonra yenə də onun müştərisi olaraq qalacaq?

O vaxtdan 2 il ötüb və İran preizdentinin İndoneziyaya olan son səfərində Sina hələ də İndoneziya həkimlərinin diqqət mərkəzində idi. Seyid İbrahim Rəisi qayıtdıqdan sonra keçirdiyi bir mətbuat konfransında bir neçə anlaşma memorandumunun imzalanması haqda məlumat verib və indoneziyalıların Sinanı xüsusi qarşıladıqları barədə deyib: İndoneziyada 12 xəstəxana İran istehsalı olan tibbi avadanlıqlarla təchiz olunacaq. İndoneziyalı 100 cərrah bu robotdan istifadə etmək üçün təlim görüblər. Bu robot İranın nümayəndə heyətinin İndoneziyaya səfəri zamanı iki tərəf arasında qarşılıqlı əlaqələrin ən əsas mehvərlərindən biri olub.

Sinanın hansı unikal xüsusiyyətləri var və istehsalçıları bu qabaqcıl texnologiyaya yetişmək üçün hansı yolları keçiblər? İndoneziyadan başqa hansı ölkələr İranın bu cərrah robotuna müştəridirlər və Sina indi hansı nöqtədə dayanıb? Bunlar uzaqdan idarə olunan Sina cərrahiyyə robotunun istehsalçısı olan elm təməlli şirkətin baş direktoru Əlirza Mirbaqiridən soruşulan sualların bir hissəsidir.

Müxbir: Sina robotunun başlanğıc hekayəsi haradan qaynaqlanıb?

Mirbaqiri: Bizim elm təməlli Sina şirkətimiz 2015-ci ildə ölkənin tibbi və texniki elmlər üzrə bir nömrəli universitetlərinin elmi heyətlərinin bəzi üzvləri tərəfindən yaradılıb. Bu şirkətin əsas proqramı tibb sahəsindəki robot texnologiyasına söynərərək təhsil, diaqnostika, müalicə (cərrahiyyə və reabilitasiya), reabilitasiya, müalicədən sonrakı nəzarətlər sahəsində yeni tibbi avadanlıqların və texnologiyaların dizaynı, hazırlanması və inkişafıdır.

Bizim şirkətimiz indiyə kimi virtual, artırılmış və süni reallıq texnologiyalarından istifadə etməklə, robot cərrahiyyəsi (cərrah robotlar və cərrah köməkçisi), robot reabilitasiyası (müalicə və kömək) və həmçinin tibbi təhsil sahələrində 14 müxtəlif məhsul modeli bazara çıxarıb. Şirkət beynəlxalq orqanlardan etibarlı sertifkatlar əldə etməkdən əlavə, qlobal bazarlara daxil olmağa da nail olub.

Bu şirkətin elmi dəstəyi ölkə univeritetlərindəki elmi heyət üzvləri, gənc və çalışqan kadları tərəfindən həyata keçirilən 15 ildən çox tədqiqat və inkişaf fəaliyyətləridir. Bizim ilk ixrac olunan məhsulumuz 2021-ci ildə İndoneziyaya ixrac olunan “Sina robotik cərrahiyyə sistemi-Flex modeli”-dir

Müxbir: Bu robotun unikal xüsusiyyətləri nədir?

Mirbaqiri: Sina əslində, uzadan idarə oluna bilən robotik cərrahiyyə sistemidir. O, qarın, çanaq və döş  qəfəsi nahiyələrində yaraların azaldılması və müxtəlif növ əməliyyatların diqqət və keyfiyyətinin artırılması üçün dizayn edilərək istehsal olunub. Bu sistem cərrahın ixtiyarında olan cərrahiyyə konsolu və xəstə yatağında yerləşdirilən cərrah robotları olmaqla iki hissədən ibarətdir.

Əslində bu sistemdə əməliyyatı cərrahın özü, amma robotik bir sistemin vasitəsilə yerinə yetirir. Cərrahiyyə konsolundakı tutacaqlar cərrahın əl hərəkətlərini qeydə alır və eyni zamanda xəstənin yatağındakı cərrah robotlar xəstənin bədənində həmin hərəkətləri edirlər. Xəstənin qarın boşluğu kamera robotundan istifadə edilməklə, cərrahiyyə konsolundakı ekranda cərraha göstərilir və cərrah əməliyyatı real vaxt rejimində idarə edir.

Xəstənin yatağına quraşdırlmış cərrah robotları cərrahın bütün əl hərəkətlərini yerinə yetirməyə qadir olan  xüsusi elastikliyə malik alətlərlə təchiz olunub. Cərrahın əllərinin girməsi üçün böyük yarıq icad etmək əvəzinə, o alətlərin hər biri 5 mm yarıqla xəstənin bədəninə daxil olur və carrahiyyə konsolunda cərrahın yerinə yetirdiyi bütün hərəkətləri xəstənin qarın boşluğunda yerinə yetirir. Bu yolla da xəstənin qarın nahiyəsində böyük yarıq açılmasına və cərrahın əllərinin qarın boşluğuna daxil olmasına ehtiyacımız olan mürəkkəb əməliyyatların bir çoxu Sina robotik cərrahiyyə sistemindən istifadə etməklə 5 mm yarıq icad edərək həyata keçirilə biləcək. Nəticədə, xəstənin yaraları azalacaq, onun qanaxması və sağalma müddəti daha qısa olacaq, xəstəxanaya yerləşdirmə xərcləri əhəmiyyətli dərəcədə aşağı düşəcək.

Müxbir: Robotla həkim arasında əlaqə necə yaranır; əslində həkimlə robot arasındakı məsafə nə qədərdir və ümumiyyətlə uzadan əməliyyat etmək imkanı varmı?

Mirbaqiri: Cərrahiyyə konsolundakı cərrahın əl hərəkətlərini qəbul edən robotlarla xəstə yatağına quraşdırlmış cərrah robotları arasındakı əlaqə internet vasitəsilə də mümkündür. Ehtiyac olduqda cərrahiyyə əməliyyatı ölkənin ən uzaq nöqtəsində yaxud da okean layneri üzərində belə uzaqdan idarə oluna və həyata keçirilə bilər.

Bu sistemi əməliyyat otağına bitişik otaqdan yerli və funksional olaraq işlətməyin də cərrah üçün çoxlu üstünlükləri var. Bu halda cərrah ayaq üstdə dayanmaq, diqqət və əməliyyat keyfiyyətini azaldacaq əməliyyat otağının çətin, yorucu şəraitində cərrahiyyə əməliyyatı yerinə yetirmək əvəzinə qonşu otaqda cərrahiyyə konsolunun arxasında əyləşərək çox erqonomik və daha rahat şəkildə əməliyyatı yerinə yetirəcək. Yorğunluğun azalmasıyla, əməliyyat keyfiyyətini artıracaq. Bu sistem cərrahın əl hərəkətləri üzərində miyaslama aparmaqla, çox incə hərəkətləri yerinə yetirməkdə hərəkətin dəqiqliyini artıra bilər.

Bu izahı tamamlamaq üçün deməliyəm ki, məsələn, əgər cərrah əlini 1 sm hərəkət etdirsə, robotik cərrahiyyə alətləri xəstənin bədənində 1 mm hərəkət edəcək və bununla da hərəkətin dəqiqliyi 10 qat artacaq. Cərrah çox incə hərəkətləri böyük miqyasda yerinə yetirə və robot həmin hərəkətləri kiçik miqyasda icra edə bilər. Beləliklə də, cərrah misal olaraq öz əlləri ilə edə bilmədiyi çox incə tikişləri cərrah robotlarından istifadə etməklə yerinə yetirməyə qadir olacaq.

Bu sistem cərrahın əl əsmələrini silmə və əməliyyatı maksimum hərəkət sabitliyi və keyfiyyəti ilə yerinə yetirmə qabiliyyətinə sahibdir. Xülasə, bu sistemdə cərrahın erqonomik şəraitdə (oturaq yaxud ayaq üstə) qərarlaşması və yorğunluğunun azalması əməliyyatın dəqiqliyi və keyfiyyətinin artmasına səbəb olacaq. Cərrahın əməliyyat otağından kənarda olma və bihuş edici qazlardan, təhlükəli infeksiyalardan, ionlaşdırıcı dalğalardan uzaq olma imkanı cərrahın sağlamlığını təhlükəyə atmayacaq. Həmçinin bu cərrahiyyə üsulunda cərrahın steril paltar geyinməyə və əlləri yumağa ehtiyacı olmayacaq.

Müxbir: Cihazın və onun iş prinsipinin həssaslığını nəzərə alaraq, bu günədək neçə ədəd Sina cərrah robotu istehsal olunaraq bazara çıxarılıb?

Mirbaqiri: ÖlkəmütəxəssislərininTehran Tibb Elmləri Universitetinin Biomedikal və Robotik Texnologiyalarnın Tədqiqat Mərkəzindəki 20 illik səylərinin nəticəsi, texniki və heyvani (preklinik tədqiqatlar) sınaqları uğurla keçən robotik cərrah sistemidir. Biz Tehran Tibb Elmləri Universitetinin elm təməlli şirkətlərindən və İmam Xomeyni (r.h) xəstəxanasının tibbi ləvazimatlar və avadanlıqların inkişafı mərkəzinin qərargahı olmuşuq. Bizim bu sistemin kliniki istifadəsi üçün lazımi lisenziyalarının alınmasına dair məsuliyyətimiz var.

İndiyə qədər bu avadanlıqdan 5 ədəd istehsal olunub. Onların ikisi robotik cərrahiyyənin yeni üsullarının təhsil tətbiqi ilə Sina və Şəriəti tədris xəstəxanaları tərəfindən alınaraq quraşdırılıb. Bir cihaz da Sina şirkətinin iştirakıyla İranın qabaqcıl kliniki bacarıqlarının tədris mərkəzində quraşdırılıb və Tehran Tibb Elmləri Universitetinin tədris dövrələrinin həyata keçirilməsi üçün ondan istifadə olunur. Həmçinin 2 ədəd cihaz da İndoneziyaya ixrac edilib.

Qeyd etmək lazımdır ki, texniki standart sınaqlarının yerinə yetirilməsiylə paralel olaraq, bu sistemin preklinik tədqiqatlar tezliklə bitəcək və könüllü xəstələr üzərində əsas sınaqlara başlamaqdan ötrü, universitetin etika komitəsinin lisenziyasını almaq üçün addım atılacaq. Daha sonra cihaz kommersiyalaşmaq və insan istifadəsi üçün hazır olacaq.

Müxbir: İndoneziyadan başqa hansı ölkələr Sina robotu ilə maraqlanır?

Mirbaqiri: Bu məhsulun beynəlxalq qəbulu baxımından, xoşbəxtlikdən əhəmiyyətli dərəcədə uğurlar qazanılıb və qlobal bazarlara daxil olmaq üçün münasib struktur əlaqələri yaranıb. O cümlədən bu sistemin Rusiyanın Robototexnika və Kibernetik Texnologiyalar üzrə Mərkəzi Tədqiqat və İnkişaf İnstitutu (RTC) ilə birgə istehsal müqaviləsinin bağlanmasına işarə etmək olar. Bu müqaviləyə əsasən, Sina cərrah robotunun yarı yağılmış şəkildə İranda istehsal olunub, SKD şəklində Rusiyaya ixrac olunaraq Sant-Peterburqda yığılması qərara alınıb. Bu məqsədlə Rusiyada yaradılacaq İran-Rusiya şirkəti lazımi lisenziyaların alınması, markertinq, bu sistemin Rusiayda satışı və satışdan sonrakı xidmətlərinin və CIS sahəsinin məsuliyyətini öhdələyir. Təbii ki, bu prosesin Rusiyada başlanması özəl sektorun investisiyalarına bağlıdır. Birgə investesiyalar olduğu təqdirdə, istehsal prosesi başlayacaq.

Avropa bazarlarına gəldikdə isə Lozanna Federal Politexnik Universiteti (EPFL) ilə anlaşma memorandumunun ardınca, çox münasib əlaqələr formalaşıb və Sina şirkəti adı çəkilən universitetin sənaye şəriki kimi qeydiyyata alınıb. Hər il İsveçrənin Sənaye Günündə stendə sahib olaraq, o universitetə müraciət edən tələbələri təcrübəçi yaxud Magistr və ya Doktorantura layihələrini yerinə yetirən kimi qəbul edir.

Həmçinin Çində çox böyük bir bazar var. Çinin ABŞ nümunəsinin idxalı ilə mübarizəsi və ona mane olması siyasətini nəzərə alaraq, bu sistemin istehsalı üçün orada çoxlu arzular var. Bu sistemin Çində istehsal olunması üçün Çin şirkətlərinin çoxsaylı müraciətləri olub. Amma Çin şirkətlərinin xarici məhsulları kopyalama üsulu nəzərə alınmaqla, bu günə kimi Çin şirkətləri ilə əməkdaşlıq üçün kifayət qədər güvən hasil olmayıb. Biz şirkətin öz tərəfindən Çin bazarına daxil olmaq və məhsulun kopyalanması ilə mübarizə aparmağa maksimum nəzarət etmək niyyətindəyik. Bu arada indiyədək 15 yerli patent və ABŞ, Avropa Birliyi, Çin və İndoneziyada 10 beynəlxalq patent qeydiyyata alınıb. Bu sahədə çoxlu investisiyanın olması lazımdır.

Müxbir: Bu elm təməlli şirkətin məhsullarının tədqiqatı və inkişafı üçün nə qədər daxili elit qüvvələrdən yararlanmısınız?

Mirbaqiri: İnsan resursları ilə bağlı bu şirkət fəxr edir ki, orta yaş həddi 25 yaş olmaqla ölkənin elit və istedadlı gənclərini işlə təmin edib. Şirkət təkcə mümkün qədər elitaların getməsinin qarşısını almayıb, əksinə bəzən mühacirət etmiş məzunları cəlb etməklə, onların ölkəyə qayıtmalarına və vətəndə xidmət platforması yaratmalarına nail olub. Bu şirkətin əsas insan qüvvəsi Magistr və ya Doktorantura səviyyəsindədir və xoşbəxtlikdən bu elm təməlli şirkətdə ixtisaslaşmış məşğulluq mövzusu qüdrətlə yoluna davam edir.

Müxbir: Sina cərrah robotunun ixracı üçün İndoneziya ilə bağlanmış müqavilə və İran prezidentinin İndoneziyaya səfərindən sonrakı şəraitin necəliyi barədə bir az ətraflı izah verin.

Mirbaqiri: Bizim şirkətin İndoneziya ilə ən böyük beynəlxalq əməkdaşlıq müqaviləsi 2021-ci ildə 3.8 milyon avro dəyərində bağlanmış müqavilə olub. Bu müqaviləyə əsasən, 2 ədəd uzaqdan idarə olunan Sina robotik cərrahiyyə təlim sistemi cihazı İndoneziyaya ixrac olunub. Eyni zamanda bu ölkənin iki universitet və tədris xəstəxanasında Sina cərrah robotu əsasında robotik cərrahiyyənin qabaqcıl üsulları üzrə iki təlim mərkəzi yaradılıb. Hər bir mərkəzdə mütəxəssislər tərəfindən indoneziyalı 111 mütəxəssis cərrahın təlim prosesi həyata keçirilib. Tərəflər 2025-ci ilə qədər 4 illik münəzzəm proqram müddətində simulyasiya edilmiş mühitdə təlim mərhələləri, süni mühitdə təlim, diri meyvan üzərində təlim və sonda könüllü xəstələr üzərində kliniki araşdırmaları İndoneziyada  həyata keçirəcəklər. Daha sonra məhsulun sənaye istehsalı üçün İranda və İndoneziyada lazımi lisenziyalar alınacaq. Sonda onun hər iki ölkədə və onun nəticəsində də ASEAN sahəsində kliniki istifadəsi yerinə yetiriləcək.

Həmçinin prezidentin car ilin May ayının 23-də İndoneziyaya daxil olmasıyla eyni zamanda İndoneziyada 500 km məsafədə yerləşən Bandunq və Jokjakarta şəhərləri arasında təhlükəsiz telekommunikasiya bağlantısının yaradılmasıyla, İndoneziya arxipelaqı üzərində uzaqdan idarə olunan robotik cərrahiyyənin ilk nümayiş prosesi bizim şirkət tərəfindən həyata keçirildi. Bu, hər iki ölkənin prezidenti tərəfindən misli görünməmiş şəkildə qarşılanıb.

Bu uğur İran istehsalı olan tibbi avadanlıqların yüksək texnologiya səviyyəsinə beynəlxalq etimadın cəlb olunmasına səbəb oldu. Bu uğurun ardınca, ölkənin tibbi avadanlıqlar sahəsindəki yüksək texnologiyalı məhsullarının İndoneziyaya və digər ölkələrə ixracatının əhəmiyyətli dərəcədə artmasına şahid olacağımıza ümid edirik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir