İranın Şanxaya üzvlüyü; Dolların vüqarının sınma və ABŞ hökmranlığının aradan getmə səsi eşidilir

Qəti şəkildə inanırıq ki, İranın Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan və Pakistanın üzv olduğu  Şanxay Əməkdaşlıq Təşkilatına, bu təşkilatın doqquzuncu üzvü olaraq rəsmi şəkildə qoşulması ABŞ və Qərbin işini daha da mürəkkəbləşdirəcək. ABŞ 40 ildən çoxdur ki, İran xalqını ABŞ-ın istəkləri qarşısında təslim edərək diz çökdürmək məqsədilə bu xalqı iqtisadi cəhətdən sıxıntıya salmaq üçün planlar hazırlayır.

İranın Şanxay Təşkilatına qoşulması xəbəri ABŞ və Qərbi narahat edən bir xəbər olduğu deyilən zaman nə demək istədiyimiz anlaşılır. İranın Şanxaya birləşməsi təkcə ABŞ tərəfindən İran xalqına qarşı tətbiq olunan mühasirənin sınması zəmnində geniş və müsbət təsirlərə malik deyil, əksinə ABŞ hökmranlığının və dolların vüqarının sınması zəmnində də təsirləri var.

Bu, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi “Jang Ming”-in İranın bu təşkilata rəsmi olaraq qoşulması münasibəti ilə ötən cərşənbə axşamındakı çıxışında işarə etdiyi bir həqiqətdir. Ming İranın bu təşkilata qoşulmasını təhlükəsizlik, sabitlik, iqtisadi və ticari əlaqələrin genişləndirilməsi zəmnində əməkdaşlığın, eləcə də region ölkələri arasındakı əməkdaşlığın inkişafı üçün yeni fürsətlər yaradacaq “tarixi bir hadisə” adlandırıb.

Rusiyalı yazıçı “Mixail Zubov” “Ekspert Row” jurnalındakı məqaləsində vurğulayıb: Şanxay Əməkdaşlıq Təşkilatının rolu İranın bu təşkilata qoşulmasıyla güclənəcək. Politoloq “Yevgeni Satanovski” “Ekspert Row”-la müsahibəsində deyib: İran Rusiyadan qat-qat çox və uzun müddət Qərbin sanksiyaların məruz qalan bir ölkədir. Biz İranın təcrübələrindən yararlana bilərik. Artıq İran indi tək deyil və bu təşkilata qoşulmaqla xarici ticarətdə dollardan başqa valyutalarla olan mübadilələr güclənəcək.

Üzvlərinin, dünya enerjisinin 20%-nə sahib olan, bu təşkilata üzv olan ölkələrdə dünya əhalisinin 3 milyard 500 min nəfərin yaşadığı, Təhlükəsizlik Şurasına daimi üzv olan Rusiya və Çinin üzv olduğu Şanxay Təşkilatı İranın ona qoşulmasıyla dolları öz kürsüsündən endirə bilər.

Sahib olduğu güc, imkan və coğrafi mövqeyinə görə, İranın Şanxaya qoşulması təkcə İranın xeyrinə deyil, əksinə bütün region ölkələri və hətta dünya ölkələri də ondan faydalanacaqlar. İran Rusiya və Çin ilə birlikdə beynəlxalq şimal-cənub koridorunun üzvüdür ki, cənubu şimala, şərqi qərbə və şimal-şərqi şimal qərbə birləşdirir. Bu coğrafi mövqe İrana, Afrika və sahilyanı olmayan ölkələrə mal göndərmək üçün beynəlxalq bir mərkəzə çevrilmə imkanı verir. İranın Çinlə quru və dəniz yolları var və Çini Avropanın şimalına birləşdirə bilər. İran, həmçinin Rusiyanı, Qafqazı, Qara dənizi, Mərkəzi Avropanı şimal və cənub arasındakı koridora birləşdirə bilər. İstər Hindistandan Rusiyaya, istərsə də Çindən Rusiya və ərəb ölkələrinə olan İran yolu bu ölkələrin Süveyş kanalına ehtiyacsız olmasına səbəb olur. Çünki, onlar 17-22 gün daha tez məqsədə çata bilərlər.

İran Şanxaydakı mövcudluğu ilə öz ehtiyaclarını bu təşkilata üzv olan ölkələr vasitəsilə təmin edə bilər. necə ki, Qərbə ehtiyac olmadan bu təşkilat daxilində sərmayə yatıra bilər. Şanxaya üzv olan ölkələrin 7 triliyon dollar həcmində bazarları var. İran iqtisadi, elmi və qabaqcıl texnologiya gücünə görə, bu bazarda fəal iştirak edə bilər.

Ekspertlər İranın Şanxay Təşkilatına qoşulduğu ilk mərhələdə 20% ticari inkişaf əldə edəcəyini və sonrakı mərhələdə bu inkişaf həcminin bu təşkilatın həll yollarından istifadə etməklə artacağını düşünürlər.

İranın məqsədləri Şanxaya üzv olan ölkələrin maraqlarının çoxu ilə ortaqdır. O cümlədən Mərkəzi Asiyada, Xəzər dənizi regionunda xarici hərbi mövcudluq ilə müxalifət və milli təhlükəsizliyin müdafiəsi, ABŞ-ın Əfqanıstanda, İraqda və Suriyada yaratdığı qarşıdurmaların mənfi təsirləri ilə mübarizə, həmçinin ABŞ-ın xalqlara qarşı sanksiyalardakı zülmkar, birtərəfli siyasətləri ilə müxalifət və beynəlxalq qərarların alınmasında ABŞ-ın təkbaşınalığı və beynəlxalq təşkilatları saymamazlığı  ilə mübarizə, ABŞ qanunlarının dünya qanunları kimi tətbiq etməkdən imtina, ABŞ-ın təcavüzləri və onun dünyada sonu olmayan müharibələri qarşısında dayanmaq və sonda bərabərlik plüralizmi və qarşılıqlı hörmət hökmranlığı altında yeni dünya düzəninin parlaması üçün cəhdlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir