Sərbəst güləş üzrə yarışların final mərhələsi həftənin birinci günü ABŞ-ın Ayova ştatında Tehran vaxtı ilə 3:30-da İran və ABŞ komandaları arasında başlamış və sonda ev sahibi ABŞ komandası 6-4 hesabı ilə birinci və İran ikinci olmuşdur.
İran milli komandası qrup mərhələsində rəqiblərini 9-1 və 6-4 hesabları ilə məğlub edərək final mərhələsinə yüksəlmişdir.
Dünya çempionatının həyəcanlı mübarizələrindən biri 97 kq çəki dərəcəsində baş tutub. Amerikalı İsnayder (2016-cı il Rio Olimpiyadasının qızıl medalına və Tokya 2020-nin gümüş medalına sahib) Kamran Qasimpur (Dünya çempionatının 2 qızıl medalının sahibi) ilə qarşlaşıb. Qasimpur ilk dəfə olaraq bu çəkidə çıxış edib. Qasimpur bundan əvvəl 92 kq çəkidə müxtəlif mübarizələrdə İran üçün meydanalara cıxıb və nəticədə Dünya Çempionatının 2 qızıl medalını əldə edib.
Bu yarışda mühüm görüşlərdən biri iranlı güləşçi qarşısında ilk dəfə olaraq məğlub olan Jordan Barusun müabrizəsi idi. 2012-ci il London Olimpiyadasının qızıl medalına və 9 dünya medalına (6 qızıl və 3 bürünc) sahib bu idmançı iranlı rəqibləri qarşısında qalib olmağı bacarmışdır.
Onun Səvadkuhi ilə mübarizəsi bu məşhur güləşçinin ilk məğlubiyyəti idi. Sonuncu dəfə bu idmançı Belqrad dünya çempionatında Muhəmməd Noxudi ilə qarşılaşmış və onu final görüşündə məğlub etmişdir.
Həmçinin, Məsumi Amerika təmsilçisi qarşısında üstünlük eldə etdikdən sonra digər iki görüşdə olduğu kimi Amerikalı güləşçilər və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Keçirilən 98 yarışda 15 dəfə dünya çempionu olmaq, keçmiş sovet ittifaqının ( parçalanmamışdan əvvəl) adına yazılmışdır və Amerikalılar bu qələbələri ilə dünya çempionluğunu 15-ə çatdırıblar.
İran 8 dəfə, Rusiya 7 dəfə, Azərbaycan 2 dəfə və Kuba 1 dəfə bu yarışlarda dünya çempionu titulunu öz adlarına yazıblar.
İranın sərbəst güləş üzrə milli komandası 2014, 2015 və 2016-ı illərdə ABŞ da keçirilən yarışlarda birinciliyi əldə edərək bütün rəqiblərindən daha yüksək pillədə dayanmışdır.