Röya Məhbudi ilk dəfə olaraq qol gücü yarışlarında, İranı qadınlar kateqoriyasında yetkin yaş qrupunda Asiya qızıl medalına çatdırıb.
BƏƏ-nin Əcmən şəhərində 2023 Asiya Çempionatının qol gücü yarışlarının üçüncü günündə sol əldə böyüklər arasında yarışlar keçirilib.
Ötən günlərdə peşəkarlar kateqoriyasında qızıl medal əldə edən Röya Məhbudi, bu gün (2 May) 90 kq-da yetkin yaş qrupunda keçirilən yarışlara da qatılıb.
Bu iranlı idmançı güclü və məşhur rəqiblərini məğlub etməklə, yetkin yaş qrupunda (sol qol) da Asiya qızıl medalını qazanmağı və tarix yazmağı bacarıb. İlk dəfə olaraq İran Asiya yetkin yaş qrupunda qadınlar bölümündə qızıl medal əldə edib.