Sənaye bölmələrində sənaye robotlarının köməyi ilə zavodlarda proseslərin sürət və diqqətini artırmaq olar. Qabaqcıl və robotlaşdırılmış idarəetmə sistemlərinin istehsalı İran texnoloqlarının elmə əsaslanan istehsallarındandır.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verilən məlumata əsasən, elm təməlli şirkətlərdən biri qabaqcıl və robotlaşdırılmış idarəetmə sistemləri istehsal etməklə, ölkənin sənaye və zavodlarının ehtiyacını təmin etməyi, onların təkmilləşməsinə kömək etməyi bacarıb.
Elm təməlli Qeşm Voltage Elektrik və Elektronika Mühəndisliyi Şirkətinin baş direktoru Səid Məhbubi, elektronika və mexatronika sahəsindəki elm əsasında ərsəyə gələn məhsulların istehsalına işarə edərək deyib: Qeşm Voltage Şikəti tərəfindən geniş və növbənöv elm əsaslı məhsullar hazırlanıb. Mexatronik sahəsində FMS elastik istehsal sistemlərinə, elektrik stansiyasının qabaqcıl DCS idarəetməsinə, delta robotu ilə robotlaşdırılmış sistemlərə işarə etmək olar.
Bu aktiv texnoloq, bu gün sənayenin inkişaf etməsi ilə avtomatlaşdırılmaya əvəlkindən daha çox ehtiyac duyulduğunu deyərək bildirib: Sənaye dünyasında robatdan istifadə sürətli şəkildə inkişaf etməkdədir və iş, bu avadanlıqları nəzərə almadan mümkün deyil. Müxtəlif sənaye fabrikləri sürətin, keyfiyyətin, diqqətin artırılması və daha az xərclər üçün fabrikin bütün bölmələrini robotlaşdırmağa sarı gedirlər. Qanyaq, boyama, kimyəvi zəhərlər və.s kimi insan üçün təhlükəli olan bölmələrin bəzilərində çarəsiz qalınaraq robotdan istifadə olunur.
Məhbubi bu məhsulların dizaynı və prototipinin hazırlanmasının bu şirkətin tədqiqat və inkişaf bölməsində və sənayelərin ehtiyacı əsasında həyata keçməsinə işarə edərək deyib: Bu məhsullar dizayn, istehsal və dəqiq sınaqlardan sonra kommersiyalaşma dövrünə daxil olub və sonda satışa çıxarılıb.
Elm təməlli Qeşm Voltage Şirkətinin baş direktoru, yerli və beynəlxalq standartlara və təsdiqlərə əsaslanan sözügedən məhsulların istehsalı barəsində deyib: Qeşm Voltage Şirkətinin bütün elmə əsaslanan məhsulları idarəetmə və monitorinq sisteminə sahibdirlər və modul şəklində dizayn olunublar. Bu robotlardan bəziləri 50 kq-a qədər ağırlıqda olan əşyaları yerbəyer etmə qabiliyyətinə sahibdirlər. Məhsulların bütün dizayn və istehsal mərhələri Qeşm Voltage Şirkətinin mexanika, elektrik enerjisi və idarəetmə, robototexnika və proqramlaşdırma bölmələrindən təşkil olunmuş texniki qrup tərəfindən həyata keçirilir.
Məhbubi, bu gün robotların 90%-nin sənaye robotları olduğunu bildirərək deyib: Adətən, bu robotlar fabriklərdə, laboratoriyalarda, anbarlarda, elektrik stansiyalarında, xəstəxanalarda və bu kimi yerlərdə istifadə edilir.
O, həmçinin, deyib: Qeşm Voltage Şirkətinin sənayenin robotlaşdırılması və avtomatlaşdırılmasının süni intellekt sahəsindəki fəaliyyətlərini və bu elm sahəsinin bu günki dünyada mühüm, həsas və gözə çarpan rolunu nəzərə alaraq, ümumi ,tibbi, hətta hərbi sənayelərdən bir çoxu bu məhsullardan bəhrələnə bilərlər.
O, bu məhsullarla eyni keyfiyyətdə olan idxal olunan nümunələrə nisbətən, xarici nümunələrin qiymətindən təxminən 50% aşağı olan sabit qiymətə işarə edərək deyib: Bu məhsulların fərqləndirici xüsusuiyyətləri münasib qiymət, keyfiyyətli məhsullar, süni intellekt kimi dünyanın müasir texnologiyalarının tətbiqi, texniki və mühəndislik xidmətlərinin göstərilməsi, dizayn və istehsal mərhələlərində lazım olan standartların tətbiq olunması, hazırlanmış məhsulların sınaq testi üçün simulyator proqramlarından istifadə, məhsulların performasının yüksək dəqiqliyi və.s kimi şeylərə şamil olur.
Məhbubi sözlərinin davamında deyib: Bu məhsulların ölkə daxilində dizayn və istehsal olunması iki cəhətdən valyutanın ölkədən çıxarılmasının qarşısını alır; əslində dünyanın müasir texnologiyası ilə ayaqlaşan elm təməlli məhsulların dizayn və istehsalı ilə, işçi qüvvəsində və keyfiyyətli məhsulların istehsalında valyuta qənaəti olacaq.
O, həmçinin deyib: Keyfiyyətli xammaldan istifadə etməklə məhsulların yüksək keyfiyyətini, dünyanın müasir texnologiyasının tətbiqini və və məhsulların performansının yüksək dəqiqliyi ilə yanaşı dizayn, istehsal, sınaqdan keçmə və məhsulun istismara verilməsi sahəsində münasib xidmətlərin göstərilməsini bu şirkətin ən əsas xüsusiyyətlərindən saymaq olar.
Qeşm Voltage Şirkətinin baş direktoru: Dizayn sahəsində mütəxəssis işçi qüvvəsi hədəflərin önə aparılmasının ən əsas amildir. Buna görə də ekspert qüvvəsi bu sahənin əsas nailiyyətlərindən biridir. İstehsal və tətbiq sahəsində emal əməliyyatları kimi bəzi işlər şirkətdən kənar qüvvələrə tapşırılır ki, texniki qüvvələrin birbaşa yaxud dolayısı yolla məşğuliyyəti bu sahənin əsas nailiyyətlərindən sayılır.
Bu aktiv texnoloq Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin elm təməlli və texnoloji məhsulların inkişafı zəmnində elm təməlli şirkətləri çox yaxşı dəstəklədiyini bildirib. Həmçinin, bildirib ki, texnologiya sahibləri ilə beynəlxalq əlaqələr, texnologiya və innovasiya sahələrində beynəlxalq sərgilərin keçirilməsi, məhsulun kommersiyalaşması sahəsində kiçik şirkətlərə kömək, elm təməlli məhsulların ixracatı üçün münasib müxanizmin yaradılması və.s kimi zəminlərdə bu dəstəklər artırıla bilər. Bu müavinlik həmçinin, cəmiyyətin və xalqın İran məhsullarına nisbətdə baxışının dəyişməsində təsirli ola bilər.