Ümumdünya Paravoleybol Təşkilatı, 2023-cü ildə dünyanın milli oturaq voleybol komandalarının ilk rentinqini yayımlayıb.
Xarici KİV-in verdiyi məlumata görə, bu təşkilatın saytı tərəfindən yayımlanan siyahıda İranın kişilərdən ibarət milli oturaq voleybol komandası 4500 xalla hələ də birincidir.
İran milli komandası, Bosniya 2022 Dünya Çempionatında yenicə çempion adını qazanmaqla, çempion titulunu təkrarlamaqdan əlavə Paris 2024 Paralimpiya oyunlarına birbaşa kvota əldə edib.
İran milli komandasından sonra Bosniya komandası 3920 xalla ikinci yerdə, Braziliya komandası isə 3673 xalla üçüncü yerdə qərarlaşıb.
Misir, Almaniya, Çin, Qazaxıstan, Amerika, Ukraniya və Xorvatiya komandaları da bu rentinqin 4-dən 10-a qədər olan yerlərini əldə ediblər.
Qadınların bölməsində İran komandası, 1048 xalla 13-cü yerdə qərarlaşıb. Bu komanda Bosniya 2022 Dünya Çempionatı yarışlarında 9-cu yerdə dayanıb.
Qadınlar üzrə reytinqdə Amerika komandası 4215 xalla birinci, Braziliya 4020 xalla iknci və Kanada 3618 xalla üçüncü yeri qazanıb.
İtaliya, Çin, Ruanda, Sloveniya, Ukraniya və Almaniya komandaları növbəti yerləri tutublar.