İran İslam İnqilabının 40 illik parlaq həyatından sonra biz bu illər ərzində ölkənin hərtərəfli tərəqqisinin həmişə şahidi olmuşuq.
İnqilabın qələbəsindən əvvəl asılı ölkə olan İran əcnəbilərin müstəmləkəçi və istismarçı əllərini kəsərək, siyasi, iqtisadi, elmi və hərbi müstəqilliyə nail olmaq üçün əlindən gələni etmiş və bu baxımdan mühüm nailiyyətlər qazanmışdır.
Həmin nailiyyətlərin ən mühümü iqtisadiyyat, elmi texnologiya və hərbi sahədədir. Bu nailiyyətlər kifayət qədər nəzərə çarpmaqdadır. Bu məsələləri üzə çıxarmaq üçün 2019-cu ildə ölkənin ən mühüm elmi nailiyyətlərinə istinad edəcəyik.
Kosmik Peyklərin istehsalı və orbitə buraxılması
Ötən illər ərzində Müdafiə Nazirliyinin Aerokosmik Sənayesi üzrə mütəxəssisləri əhəmiyyətli irəliləyiş əldə etmək üçün ölkə daxilindəki alimlərin elminə arxalanıblar.
2019-cu ildə 500 km hündürlüyə qədər ağır peyklərin buraxılması və kosmik radiasiyanın ölçülməsi və monitorinqi məqsədi ilə Simurq peyk layihəsi işə salındı.
İran kosmos fəaliyyətinə çox gec başlamış, lakin qısa müddətdə dünyanı heyrətə gətirən böyük uğur əldə etmişdir. Hazırda İran İslam Respublikası peyk texnologiyasının kamil dövriyyəsinə malik olan dünyanın 9 ölkəsi sırasındadır.
Nüvə sənayesinin inkişafından sonra növbə aerokosmik sənayesində idi. Bu sənayenin inkişafı birbaşa raket sənayesinin inkişafı ilə əlaqəlidir və Qərb ölkələrinin təzyiqi nüvə sənayesi ilə məhdudlaşmırdı.
Qərb ölkələrinin bir çoxunun İranın raket sənayesi sahəsindəki elmi tərəqqisi ilə bağlı narahatlıqları yekunlaşdı və bu, İranın kosmik fəaliyyətini əngəlləmək üçün bir bəhanə oldu. Ancaq İran nəhayət dünyanın 11 kosmik ölkəsinə qoşulana qədər kosmik sahədəki tədqiqatlarını və təcrübələrini dayandırmadı. O vaxtdan bəri, İranla bağlı digər narahatlıqlar daha da ciddiləşdi, düşmən ölkələr İranı ciddi bir təhlükə olaraq gördülər. Peyk sənayesinə çıxışı olmayan ölkələr dünyada “kor ölkələr” kimi tanınır və dünya peykləri “üçüncü insan gözü” kimi tanıyır.
Elm və nanotexnologiyanın inkişafı
Nanotexnologiya “sənaye inqilabının dördüncü dalğası” adlanan bir elmdir. Bu texnologiyanın mövzusu bir mikrometrdən kiçik ölçülərdə bir maddənin və ya cihazın birdən yüz nanometrə qədər miqyasda inhibə edilməsidir.
Son illərdə 80-dən çox nano-laboratoriyanın ən müasir texnologiyalarla təchiz edilməsi bu sahənin inkişafına böyük töhfə verib və o həddə çatıb ki, İran nanotexnologiya üzrə aparıcı ölkələr sırasında dördüncü yerdədir.
WebO Science tərəfindən dərc edilmiş statistik məlumatlara əsasən (“Web Of Science” Thomson Reuters tərəfindən yaradılmış elmi sitat indeksidir və hərtərəfli sitatlar axtarmağa, eləcə də müxtəlif verilənlər bazalarına daxil olmağa imkan verir).
2017-ci ilin dekabr ayının sonuna qədər İran 8791 elmi məqalə dərc etməklə dünyada dördüncü yeri tuta bilmişdi, eyni zamanda İran da 40% nanoelmin yaradılması ilə İslam ölkələri arasında bu elm tərəqqisində ən böyük paya sahibdir.
Nüvə texnologiyası sahələrinə daxil olması
İran inqilabdan sonra nüvə texnologiyası sahəsində böyük irəliləyişlər əldə edib və bu irəliləyişlər BP-nin İranı dünyada nüvə enerjisi istehsalçıları arasında 28-ci yerə yüksəltməsinə səbəb olub və İranın nüvə enerjisi istehsalını üç dəfə artırdığını, həmçinin, Hollandiyanı ötdüyünü bəyan edib.
İran radiofarmasevtik vasitələrin istehsalı və yeni radiofarmasevtik vasitələrin hazırlanması üzrə aparıcı ölkələrdən biridir.
İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi, doktor Əli Əkbər Salehi radiofarmasevtik vasitələrin istehsalı haqqında deyib: Radiofarmasevtika sahəsində bu sahədə həm istehsal, həm də davamlı tədqiqat və araşdırma işləri aparılır.
Məsələn, son illərdə tədqiq etdiyimiz radiofarmasevtik vasitələrdən biri də prostat vəzi xərçənginin müalicəsində istifadə edilən dərmandır.
İran Qərbi Asiyanın bu sahədə qabaqcıl ölkələrindən biridir və hazırda yerli istehsal olan radiofarmasevtiklər Misir, Hindistan, Pakistan, İraq, Livan, Suriya və bəzi Avropa ölkələri olmaqla dünyanın 15 ölkəsinə ixrac edilir.
Radiofarmasevtiklər radioaktiv materiallardan hazırlanan və bəzi xəstəliklərin diaqnostikası və müalicəsində istifadə olunan dərmanlardır.
Sağlamlıq sahəsində İran 1960-dan 2017-ə qədər uzun ömürlülük inderksinə görə inkişaf edərək yeddinci yeri tutdu (1960-cı ildə uzun ömürlülük 45 il idi, 2017-ci ildə isə 76 il oldu).
Bu gün İran dünyada koronavirus peyvəndi istehsal edən ilk 10 ölkə arasındadır.
Enerji sahəsində İran Enerji İnkişafı İndeksində (EDI) ikinci, neft istehsalında dünyada üçüncü, elektrik istehsalında 15, benzin istehsalında 16-cı yerdədir.
Rabitə texnologiyası sahəsində İran internetə çıxışı olan 50 milyona yaxın istifadəçisi ilə dünyada 17-ci yerdədir.
Photron İnstitutuna görə, İran kosmik texnologiyanın inkişafı baxımından 15 ölkədən biridir.
Nüvə enerjisi sahəsində İran tam nüvə yanacaq istesal edən 13 ölkədən biridir və uranı zənginləşdirmə qabiliyyətinə sahib 14 ölkədən biridir.
İran İslam Respublikasının son 42 ildə qazandığı əsas uğurlardan biri də yüksək müdafiə qabiliyyətinə nail olmasıdır.
İran silahlı qüvvələrinin son təlimləri bu çəkindirici müdafiə qabiliyyətinin təzahürüdür.
“New York Post” saytında “İran Yaxın Şərqdəki ən böyük raket güclərindən birinə sahibdir” adlı məqalə dərc olunub.
İslam İnqilabından sonra İran müxtəlif elmi sahələrdə təqdirəlayiq irəliləyişlərə imza atdı, lakin inqilabdan sonra, bəlkə də ölkənin ən strateji texnologiyası nüvə sənayesi oldu ki, bu da Qərb ölkələrinin həssaslığını artırdı.”
Məqalədə qeyd edilib ki, 1970-cü ildə İranın Atom Enerjisi Təşkilatı quruldu və Buşehr nüvə stansiyasının inşası üçün müqavilə imzalandı, lakin 2002-ci ilə qədər əhəmiyyətli bir fəaliyyət göstərilmədi. Nəhayət, 11 fevral 2002-ci ildə ölkənin o zamankı prezidenti nüvə yanacağının İran mütəxəssisləri tərəfindən nüvə elektrik stansiyaları üçün hazırlandığını söylədi.
İranın nüvə fəaliyyətinin davam etməsi bir çox nəticələrə səbəb oldu. Nüvə biliklərini qəbul etmək və istismar etmək İran üçün qlobal bir tabu halına gəldi və düşmən ölkələr İranın nüvə proqramının inkişafına mane ola bilməyəcəklərini anladıqdan sonra, bu sahədə məhdudiyyətlər qoydular. Bütün bu məhdudiyyətlərə baxmayaraq, İran 20 % zənginləşdirmə məlumatı əldə etdi.
15 fevral 2012-ci ildə İslami İran 20 % zənginləşdirilmiş nüvə yanacaq sistemi quraraq 55 MVt tədqiqat reaktoruna yükləməyi bacardı.
Qərbin sanksiyaları və təhdidləri qarşısında bütün səylərə baxmayaraq, İran nüvə yanacaq dövrü olan ölkələr sırasına qatıldı. Sayı 20-dən çox olmayan ölkələrdən biri olaraq İranın yanacaq istehsalı və yanacaq kompleksləri sahəsində uran axtarışı və hasilatı imkanı var.
“Bu gün düşmənin İrana qarşı iqtisadi müharibəsinin uğursuz olduğu və son günlərinə çatdığı bizə aydındır. Bu günlərdə, bir neçə ölkə xaricində bütün dünya ABŞ-ı nüvə anlaşması üzərindəki öhdəliklərinə qayıtmağa çağırır.
Akademik elmdə irəliləyişlər
İnqilabın qələbəsindən sonra İran İslam Respublikasının iftixarlarından biri də İranın elm sahəsində artan böyüməsi və fəal iştirakıdır.Bu sahədə artım və inkişaf o qədər sürətlə davam edib ki, 2017-ci ilə qədər 300 mindən çox elmi ixtira əldə edilib.
Elmi məlumatlar və elmi nəşrlərə diqqət yetirən bir qurum hesab edilən ISI (Elmi İnformasiya İnstitutu) görə, elmi kəmiyyət baxımından İran 2016-cı ildə dünyada 17-ci yerdə olub və elmi sahədə 43292-məqalə yazılıb.
Bundan əlavə, İran ən çox qlobal sitatlar olan məqalələrin hazırlanması baxımından ilk 25 ölkə arasında birinci yerdədir.
Times Ranking Database-ə görə, İran 18 ən yaxşı universitetlə dünyada 17-ci yerdədir.
Embrion hüceyrələr sahəsində tədqiqatlar
Bu gün “genetik hüceyrə” məsələsi xüsusi əhəmiyyət kəsb edir və bir çox ölkələr bununla bağlı yeni və unikal nailiyyətlər əldə etməyə çalışır və bu sahədə bir növ rəqabət çoxdur. İran da bu tendensiyadan istisna deyil, çünki bu yaxınlarda dünyanın ilk 10 ölkəsindən biri kimi təqdim edilib.
İranlı tədqiqatçılar daxili elm və təcrübəyə arxalanaraq, sümük iliyi transplantasiyasında, dəri və zədələnmiş ürək toxumalarında embrion hüceyrələrdən istifadə edə biliblər və hətta onurğa beyni zədələrini bərpa etmək üçün buynuz qişa nəqlindən istifadə olunub.
Təbii ki, bu sahədə yeni nailiyyətlər arasında embrion hüceyrələrinin istehsalı və dünyada yeni texnologiyalar sahəsində böyük nailiyyətlərdən biri olan simulyasiya elmi də var.