Hər növ sənaye və tikinti şüşələri istehsal edən sənaye qruplarından biri nanotexnologiya ilə istilik ötürülməsinin və enerj itkisinin qarşısını alan şüşələr istehsal edib.
Şirkətin fəal texnoloqlarından biri deyib: Əvvəlcə daxili bazarlar və ölkənin ehtiyacı nəzərə alınmışdı və tədricən nanotexnologiya ilə istehsal olunmalı olan məhsullara ehtiyac yarandı. Təxminən 10 il əvvəl biz bu texnologiyanı ölkəyə gətirdik və nanotexnologiyalı məhsullar istehsal etməyə başladıq.
O, əlavə edib: Zaman keçdikcə bu şirkətin mütəxəssisləri bu texnologiya ilə tanış oldular və hal-hazırda xarici mütəxəssisə ehtiyacımız yoxdur. Mütəxəssislərimiz tədqiqat və inkişaf laboratoriyalarında yeni məhsullar üçün araşdırmalar aparırlar.
Şüşə, büllur və hər növ sənaye və tikinti şüşələri istehsal edən bu sənaye qrupu ölkənin ehtiyacını nəzərə alaraq müxtəlif növ məhsullar istehsal edib, dünyanın 25 ölkəsinə məhsul ixrac etməyə müvəffəq olub və orada 11 mindən çox insan işlə təmin olunub.
İndi bu şirkətdə nanotexnologiyadan istifadə olunmaqla mavi, yaşıl, bürünc, çəhrayı və müxtəlif rənglərdə şüşələr istehsal olunur.
Bundan əlavə, qatlama medtodundan istifadə etməklə istilik ötürülməsinin və enerji itkisinin qarşısını almaq üçün xüsusi şüşələrin istehsal edilməsi bu şirkətin digər nailiyyətlərindəndir.
Nano Mərkəzinin mütəxəssisləri bu şirkətin xəttlərini yoxlayıblar və bu şirkət Nano Ölçüsü Sertifikatını bu mərkəzdən alıb.
Bu şirkətin məhsullarından biri şüşə sənayesində bir model və paradiqma sayılan Low-E adlı şüşə növüdür. Onun xüsusiyyəti bundan ibarətdir ki, infraqırmızı enerji ehtiva edən dalğa uzunluğunun bir hissəsini ötürmür. Bu da binaya daxil olan işığın istiliksiz olmasına səbəb olur.
Eco Star yaxud Low-E şüşəsi binalarda enerji istifadəsinin artması üçün istifadə olunan bir növ smart şüşədir.
Laminatlı və ikiqat divarlı olan bu şüşələrin istifadə yerləri adətən, daxildən və xaricdən istiliyi ötürməyən, yayda daxili mühitin sərinliyini və qışda istiliyini qoruyub saxlayan pəncərələr üçündür.