İranın kök hüceyrələri və regenerativ tibb sahəsi üzrə elm yaradıcılığındakı 70% inkişafı

Regenerativ Tibb və Kök Hüceyrə Texnologiyalarının İnkişafı Mərkəzinin katibi deyib: İran dünyada kök hüceyrələri və regenerativ tibb sahəsindəki elm yaradıcılığı üzrə 13-cü yeri əldə etməklə bu sahədə 70% inkişaf edib.

Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadə verdiyi məlumata əsasən, Ehsan Arifiyan İranın dünyada kök hüceyrələri ilə bağlı elm yaradıcılığında 13-cü yerdə qərarlaşdığını bəyan edərək deyib: Ölkəmiz regionda da 1-ci yerdədir.

O, əlavə edib: Bu mərkəzin hərtərəfli 10 illik strateji proqramında bir neçə əsas məqsəd müəyyən edilib. Bu hədəflərin ən əsaslarından biri İranın kök hüceyrələri sahəsində elm yaradıcılığı üzrə 10-cu yeri əldə etməsidir.

Regenerativ Tibb və Kök Hüceyrə Texnologiyalarının İnkişafı Mərkəzinin katibi bildirib: Bununla əlaqədar olaraq göstərilmiş səylər və həyata keçirilmiş proqramlarla İran kök hüceyrələri və regenerativ tibb sahəsindəki elm yaradıcılığı üzrə dünyada 13-cü pilləyə qalxmağı bacarıb. 2025-ci ilin əvvəllərinə qədər isə o, 10-cu yerə yüksəlməlidir.

Arifiyan sözlərinin davamında deyib: İran kök hüceyrələri ilə bağlı elm yaradıcılığında 13-cü, Orta Şərq və Şərqi Aralıq dənizi regionunda isə 1-ci yerdə qərarlaşıb. İran Türkiyə və işğalçı rejimdən daha yüksək pillədə dayanıb.

O, özəl sektorların iştirakını, müxtəlif növ hüceyrə banklarında müstəqillik və özünü təmin etməni, milli sərvət istehsalı və istehsal gücündə özünəinamı Regenerativ Tibb və Kök Hüceyrə Texnologiyalarının İnkişafı Mərkəzinin digər hədəflərindən olduğunu bildirərək deyib: Statistikalara əsasən, İranın kök hüceyrələri və regenerativ tibb sahəsindəki elm yaradıcılığı 2020-ci ildən bəri 70% inkişaf edib.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Kök Hüceyrə Texnologiyalarının İnkişafı Mərkəzinin katibi kök hüceyrələri və regenerativ tibb sahəsinin ölkədəki elm və texnologiya sahələrinin bir çoxu ilə müqayisədə çox gənc olduğunu xatırladaraq deyib: Buna baxmayaraq, İran dünya və Orta Şərq ölkələri arasında yaxşı mövqe əldə etməyi bacarıb. Yerli tədqiqatçıların kök hüceyrələri sahəsindəki inkişaflarını nəzərə alsaq, İran bu sahədəki öncüllərdəndir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir