İran İslam Respublikasının kimya olimpiada komandası səksən dörd ölkə arasında dünya üzrə beşinci olmağa müvəffəq olub.
İRİB-nin məlumatına əsasən, İranın kimya olimpiada komandası əlli dördüncü ümumdünya kimya olimpiadasında iki qızıl və iki gümüş medal əldə edib.
İran komandası keçən il bu olimpiadada onuncu olmuşdu.
Çin, Vyetnam, Yaponiya və Tayvan, müvafiq olaraq, birincidən dördüncüyədək olan yerləri tutublar. Cənubi Koreya və Sinqapur İrandan sonrakı pillələrdə durublar.