Dünya Bankının hesabatına görə, 2020-ci ildə İranın iqtisadi inkişafı, 2.9%-ə çatıb. Bu da öz növbəsində dünya iqtisadiyyatının inkişafı ilə bərabər və ABŞ-n 1.9% iqtisadi inkişafından yuxarı deməkdir.
Dünya Bankı, İranın 2021-ci ildəki iqtisadi inkişafının 4.7% olduğunu bildirib.
İranın iqtisadi inkişafından aşağı olan ABŞ-ın iqtisadi inkişafı
Bu beynəlxalq təşkilatın hesablamalarına görə, 2022-ci ildə ABŞ-ın iqtisadi inkişafı, 1.9% elan olunub. Bu da İranın bu ilki inkişafından aşağıdır.

2021-ci ildə ABŞ-ın iqtisadi inkişafı, 5.9% olub. Bu gedişlə ABŞ-ın iqtisadi inkişafının tənəzzülü 2023-cü ildə davam edərək 0.5%-ə çatacaq.
Çinin iqtisadi inkişafı da 2022-ci ildə kəskin şəkildə azalaraq 2.7%-ə düşüb. Bu rəqəm 2021-ci ildə 8.1% olub. Amma 2023-cü ildə 4.3%-ə qalxacaq.
Dünyanın iqtisadi inkişafının 1.2% azalması
Bu hesabata görə, 2021-ci ildə dünyanın iqtisadi inkişafı, 5.9% olub. 2022-ci ildə isə 2.9%-ə düşüb və cari ildə 1.2% azalmaqla 1.7%-a çatacaq.
Bu beynəlxalq təşkilat, inkişaf etmiş ölkələrin ötən ilki iqtisadi inkişafının 2.5% olduğunu açıqlayıb ki, bu da 2021-ci ildəki 5.3%-in yarısından azdır.
Bu rəqəm, inkişaf etməkdə olan ölkələr üçün də 2021-ci ildəki 6.7%-dən 2022-ci ildəki 3.4%-ə enib.