İranın “Fəttah” hipersəs raketinin təqdim etmə mərasimi keçirilib- Video

İslam İnqilabının Keşikçilər Korpusunun Aerokosmik Qüvvələrinin ən yeni strateji nailiyyəti olan “Fəttah” hipersəs raketinin prezident, İran İslam İnqilabı Keşikşilər Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami və Keşikçilər Korpusunun Aerokosmik Qüvvələrinin Komandanının iştirakı ilə bu qüvvələrin qərargahında təqdim etmə mərasimi keçirilib.

Xarici KİV-in verdiyi məlumata əsasən, İslam İnqilabının Keşikçilər Korpusunun Aerokosmik Qüvvələrinin ən yeni strateji nailiyyəti olan “Fəttah” hipersəs raketi İyunun 6-sı prezident Ayətullah Seyid İbrahim Rəisi, İran İslam İnqilabı Keşikçilər Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami və Keşikçilər Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin iştirakı ilə bu qüvvələrin qərargahında təqdim olunub.

“Fəttah” hipersəs raketi 1400 km uçuş məsafəsinə və bütün raket qalxan sistemlərindən keçərək onları məhv etmə qüdrətinə malikdir. Bu növ raketlər bu gün ABŞ, Rusiya və Çin kimi ölkələr tərəfindən istehsal edilib işlədilən ən yeni silah və avadanlıqlardır.

Bu raket artan dəqiqliyə, çox yüksək sürətə, fövqəladə manevr etmə qabiliyyətinə, həmçinin radar sistemlərindən gizlənmmək və keçmək qüdrətinə sahibdir.

Taktiki qabiliyyətli bu raket ikinci mərhələ motorunun hərəkət verici nozzle bərk yanacaq pərvanəsinə sahib olduğuna görə, daha yüksək sürətə çatma qabiliyyətinə və həmçinin, düşmənin müxtəlif növ havadan müdafiə sistemlərinə qalib gəlmək üçün yer atmosferinin daxilində və xaricində müxtəlif manevrlər etmək qabiliyyətinə malikdir.

“Fəttah” raketinin uçuş məsafəsi 1400 km və hədəfə dəyməzdən öncəki sürəti 13-15 max-dır.

2022-ci ilin Noyabr ayında general Hacızadə SEPAH-ın Aerokosmik Qüvvələrinin Qərargahında keçirilən general Tehrani Müqəddəmin şəhadətinin ildönümü mərasiminin kənarında, balestik hipersəs raketinin istehsalı barəsində xəbər verərək demişdi: Bu raketin yüksək sürəti var və o, atmosfer daxilində və atmosferdən xaricdə manevr edə bilir.

O, həmçinin, demişdi: Bu yeni raket bütün müdafiə sistemlərindən keçə bilir və bundan 10 il sonra belə onunla mübarizə apara biləcək hər hansı bir texnologiyanın peyda olacağını düşünmürəm. Bu raket düşmənin raket əleyhinə olan sistemlərini hədəfə alır və raket sahəsində böyük nəsil sıçrayışıdır.

General Hacızadə: “Fəttah” heç bir raketlə məhv edilə bilməz.

İslam İnqilabının Keşikçilər Korpusunun Aerokosmik Qüvvələrinin komandı, Qvardiyanın briqada generalı Əmir Əli Hacızadə “Fəttah” hipersəs raketinin təqdim etmə mərasimində deyib: Bu gün təqdimatı baş tutan raket, dünyada bənzəri az olan raketdir. İran bu raketin təqdimatı ilə bu texnologiyaya sahib olan 4 ölkədən biri oldu.

O, əlavə olaraq deyib: Sahib olduğu texnologiyaya görə, Fəttah raketinə qarşı heç bir anti-raket mövcud deyil. Halbuki tank, gəmi, təyyarə və s. kimi avadanlıqlara qarşı raket mövcuddur və hətta digər raketlər üçün də anti-raketlər istehsal olunub. Əlbəttə ki, çox uğur qazanan raket qalxanı yoxdur; digər tərəfdən də bir raketin vurulması üşün üç raket atılması lazımdır, halbuki bir raketin qiyməti hədəfə alınmış raketin qiymətinin təxminən 20 mislinə bərabərdir. Fəttah raketi müxtəlif istiqamətlərdə və hündürlükdəki hərəkətinə görə, heç bir raketlə məhv edilə bilməz. Çünki, raket əleyhinə olan raketlər müəyyən vektor üzrə hərəkət edirlər və aşağı sürətə malikdirlər.

General Hacızadə Fəttah raketinin sürətinin 13 max olduğunu bildirərək deyib: Belə bir sürətə malik olan raketlə mübarizə aparmaq mümkün olmayacaq. Həmçinin, bu raketin uçuş məsafəsi 1400 km təyin edilib və hədəf çərçivəsində hədəfi dəqiqliklə vurur. Bizim bu sahədəki fəaliyyətimiz bu raketi istehsal etməklə bitməycək. Çünki, biz bu yolu hələ davam etdirəcəyik ki, heç bir düşmən, hətta İrana hücum etməyi belə düşünməsin.

Keşikçilər Korpusunun Aerokosmik Qüvvələrinin komandı, Ali Baş Komandanın (Ayətullah Seyid Əli Xamenei cənabları) raket sahəsindəki fəaliyyətləri əvvəl gündən indiyə kimi dəstəklədiyini və təsdiqlədiyini vurğulayaraq deyib: Bu raketin istehsal hesabatını ona təqdim etdiyimiz zaman Ali Baş Komandan həzrətləri bu raket üçün “Fəttah” adını seçdi.

General Hacızadə deyib: İslam İnqilabının Keşikçilər Korpusunun hökumətlə əməkdaşlığı indiki hökumət qədər heç bir hökumətlə olmayıb. Buna görə də biz Müdafiə Nazirliyinin əməkdaşlığına görə son dərəcə təşəkkürümüzü bildiririk.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir