Səhiyyə naziri, deyib: İranın elmi səviyyəsinin dünya üzrə 15-ə qalxması, 13-cü dövlət üçün böyük nailiyyətdir.
Xarici KİV-in verdiyi məlumata görə, Səhiyyə naziri, deyib: Bu gün artıq proqramdan danışmırıq. Əksinə, nəticədən danışırıq. Səhiyyə Nazirliyi, Süni İntellekt Universiteti istifadəyə verib və yeni müalicə üsullarından istifadə etmək fikrindədir.
O, İslam İnqilabının ən böyük nailiyyətlərindən birinin sağlamlıq sahəsinə aid olduğunu bildirərək deyib: Bugün İran İslam Pespublikası, Ümumdünya Səhiyyə Təşkilatının etirafına görə, savadlı alimlərinin səyləri nəticəsində Qərbi Asiya bölgəsində bütün səhiyyə sahələrində üstündür.
Səhiyyə sahəsinin bütün göstəricilərinin yüksəlməsi
Səhiyyə, Müalicə və Tibbi Təhsil naziri, səhiyyənin, müalicənin və təhsilin inteqrasiyasını sağlamlığın bütün göstəricilərində yüksəldilməsini bir sıçrayış kimi qeyd edib: Bu gün təhsil və tədqiq sahəsində əhəmiyyətli dərəcədə keyfiyyət və kəmiyyət artımının şahidiyik.
Eynullahi, yaşamağa ümid, doğuş zamanı ölüm hallarının azalması, səhiyyənin inkişafı, yoluxucu xəstəliklərin azalması və ölkənin ən uzaq nöqtələrində belə camaatın səhiyyə xidmətlərinə əlçatmalarının artmasını, İslam İnqilabının səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərdən olduğunu bildirib..
Səhiyyə sahəsində özünü təmin etmə
O, səhiyyə sahəsində özünü təmin etmə həddinə çatdıqlarını vurğulayaraq deyib: Bu gün PHD və yüksək istisaslaşmada ixtisaslaşmış səhiyyə kateqoriyalarında səhiyyənin bütün sütun və bölmələrində təsirə malik olan çox sayda alimlər, ziyalılar yetişdirilib.
Səhiyyə, Müalicə və Tibbi Təhsil naziri, ölkə boyunca 64 Tibb Elmləri Universiteti və İnstitutun fəaliyyət göstərdiyinə işarə edərək deyib: Ölkə boyunca səhiyyə sahəsində 840 tədqiqat mərkəzi, 69 elmi-tədqiqat institutu, ixtisaslaşdırılmış 40 labaratoriya və 25 tədqiqat şəbəkəsi fəaliyyət göstərir.
Eynullahi, 16-cı pillədən 15-ci pilləyə yüksəlməni 13-cü dövlətin nailiyyətlərindən sayıb, 28-ci Razi tibb elmləri texnologiyası və tədqiqat festivalının keçirilməsində məqsədin faydalı elm, elmə əsalanan məhsullar üzərində cəmləndiyini bildirib.
Tibb Elmləri universitetlərində 31 min məqalənin ərsəyə gəlməsini bildirərək deyib: Ölkədə yeni elmin və elmi-tədqiqatın inkişaf sürəti orta hesabla 7.42, tibbi elmlərdə isə orta hesabla 8.23-dür.
Səhiyyə sahəsində elm təməlli şirkətlərin 33% inkişafı
Səhiyyə, Müalicə və Tibbi Təhsil naziri, Səhiyyə Nazirliyində elm təməlli şirkət və məhsullara daha çox diqqət olunması üçün atılmış addımlara işarə edərək vurğulayıb: Ölkənin Tibb Elmləri universitetlərində elm təməlli şirkətlərin inkişafı, 33%-ə çatıb.
O, həmçinin, deyib: Səhiyyə Nazirliyi, Süni İntellekt Universiteti istifadəyə verərək hüceyrə terapiyası, gen terapiyası kimi yeni müalicə üsullarından istifadə etmək və Xərçəng Elmi Komitəsini işə salmaq niyyətindədir.