İran, uzun illər müxtəlif problemlər və sanksiyalarla üzləşməsinə baxmayaraq, elm-texnologiya sahəsində diqqətəlayiq inkişaflara sahib olub. İranın elmi ictimaiyyəti, tibb, mühəndislik sahələrində inkişaf etməklə, dünya səviyyəsində tədqiqat imkanları yaratmaqla qlobal mənzərədə öz yerini tapıb.
İranlı tədqiqatçılar tibb sahəsində xərçəng və şəkər kimi xəstəliklərin yeni müalicələrinin inkişafı üçün addım atıblar. Bu inkişaflar, xüsusən tibb, texnologiya sahəsində beynəlxalq səviyyədə xəbər agentlikləri tərəfindən geniş reaksiya və baxışlarla qarşılaşıb. Bu inkişaflardan bəzilərinə işarə edirik.
Tibb sahəsi
Əhəmiyyətli inkişaf zəminlərindən biri tibb sahəsində olub. Bu sahədə İran, müalicə və innovativ texnologiyaları genişləndirib. Məsələn, iranlı alimlər insulin istehsalında elə bir üsul yaradıblar ki, şəkər xəstələrinin həyatını yüksək həddə yaxşılaşdıra bilər. Bundan əlavə, iranlı tədqiqatçılar xərçənglə mübarizədə əhəmiyyətli addımlar atıblar, hal-hazırda bütün dünyada xəstələrə kömək məqsədi ilə istifadə olunan yeni müalicə və müalicə üsullarını genişləndiriblər. Misal üçün, kimyaterapiya dərmanlarını birbaşa şiş hüceyrələrinə çatdırmaq üçün ənəvi kimyaterapiyaya nisbətən daha təsirli və daha az yan təsirlər göstərən nano zərrəciklərdən ibarət yeni müalicə üsulu istifadə edilir. Bundan əlavə, İranın mütərəqqi əczaçılıq sənayesi var. Onlardan biri Covid-19 peyvəndlərinin istehsalı idi.
Texnologiya sahəsi
İranın elmi inkişaf zəminlərindən digəri texnologiya sahəsində olub. İran, inkişaf etmiş texnologiyaları, o cümlədən uranı zənginləşdirmək üçün yeni nəsil sentrifuqaları və həmçinin, raket sistemlərini genişləndirib. Bu inkişaflar BCC, CNN və Əl-Cəzirə kimi xəbər agentlikləri tərəfindən yayımlanıb. Bəzi təhlilçilər İranın texnoloji inkişafını tərifləyirlər və onu İranın dünyada hər gün artan qüdrət və nüfuzunun göstəricisi olduğunu bildirirlər.
Bərpa olunan enerji
İran, bərpa olunan enerji zəmnində günəş və külək enerjisi sektorunda nəzərə çarpacaq dərəcədə sərmayə qoyub. Həmçinin, bərpa olunan enerjinin saxlanması və paylanması üçün yeni texnologiyaları inkişaf etdirib. Məsələn, İran, böyük miqyasda bir neçə günəş elektrik stansiyası inşa edib və həmçinin, bir növ külək turbinləri istehsal edib ki, ənənəvi layihələrdən daha səmərəli və daha davamlıdır.
Aerokosmik və raket
İran, aerokosmik və raket sahəsində də yüksək inkişafa malik olub. İran, uğurla bir neçə peyk hazırlayıb və kosmosa göndərib. Həmçinin, İranla dost olmayan beynəlxalq ölkələrin narahatlığına səbəb olan orta mənzilli və qısa mənzilli raketler istehsal edib. İran, həmişə bu nailiyyətlərin sülh xarakterli olduğunu vurğulayıb.
Nüvə elmləri
İran, nüvə elmlərində də diqqətə layiq inkişafa sahib olub. İranın tədqiqat reaktorları enerji mənbəyi kimi nüvə enerjisinin inkişafı üzərində işləyirlər. Bununla belə, yenə də bu inkişaf, İranla bəzi ölkələr arasında problem mənbəyinə çevrilib. O ölkələr İranın nüvə silahı hazırlamaqda olduğunu iddia edərək İran xalqına qarşı zülmkar sanksiyalara ət atıblar.
İranın inkişaflarının elmi xəbər agentliklərində əks olunması
Adı çəkilən və digər çoxlu inkişaflar elmi xəbər agentliklərində yayımlanır. İranın elmi inkişafı haqqında hesabat verən xarici elmi saytlar və xəbər agentliklərindən bəziləri bunlardır:
Nathure Middle East
Nature beynəlxalq elmi jurnalının regional versiyası olan bu xəbər agentliyi, İranın elmi inkişafları, o cümlədən kök hüceyrələri tədqiqatında, biotexnologiyada və İran peyklərinin kosmosa göndərilməsində olan inkişafları barəsində hesabat verib.
Science Daily
Bu məşhur elmi sayt, bərpa olunan enerji, suyun təmizlənməsi və xərçəng barədə tədqiqatlar kimi zəminlərdə İranın nailiyyətlərini yayımlayıb.
Science jurnalı
Bu məşhur elmi jurnal, kök hüceyrələri, xərçəng, nano texnologiya sahəsində tədqiqatlar və yeni peyvəndlərin istehsalı kimi sektorlarda İranın nailiyyətləri zəmnindəki məqalələri dərc edib.
Research Gate
Bu sayt, alimlər və tədqiqatçılar üçün ictimai bir kanaldır. Bir çox iranlı alim öz elmi məqalələrini və tapıntılarını dünya ictimaiyyəti ilə paylaşır.
Physics World
Fizika İnstitutu tərəfindən dərc olunan bu xəbər agentliyi, günəş batareyalarında istifadə olunan yeni maddələrin hazırlanması və sinxrotron şüalanması üçün yeni qurğuların istehsalı (bir növ zərrəcik sürətləndiricisi) kimi sektorlarda İranın nailiyyətləri barəsində məlumat verib.
New Scientist
Bu həftəlik buraxılış, neft dağılmalarının təmizlənməsi üçün yeni texnologiyaların inkişafı və yeni faydalı qazıntı yataqlarının kəşf olunması kimi sahələrdə İranın nailiyyətləri haqda danışıb.
Medical Express
Bu tibb və sağlamlıq xəbər agentliyi, yeni peyvəndlərin hazırlanmas və müxtəlif xəstəliklərin müalicəsində hüceyrə terapiya tətbiqi kimi zəminlərdə İranın nailiyyətləri barəsində xəbər verib.
Elmi beyin mərkəzlərində İranın inkişaflarının əks olunması
İranın inkişafları elmi beyin mərkəzlərinin gözündən qaçmayıb, çox vaxt xarici elmi beyin mərkəzlərinin tədqiqat və təhlillərində əks olunub. Beyin mərkəzlərinin bəziləri nüvə texnologiyası, aerokosmik və biotexnologiya kimi sahələrdə hasil olan inkişafları qabardıblar. Həmçinin, İranın bu sahələrdə üzləşdiyi problemlər və məhdudiyyətlərə işarə ediblər.
Karnegi Fondu,İranın nüvə proqramı və beynəlxalq sanksiyaların onun inkişafına olan təsirləri barəsində tədqiqatlar dərc edib.
Rand Beyin Mərkəzi,İranın aerokosmik sənayesinin inkişafı və onun gələcəkdə böyümə potensialı barəsində tədqiqatlar dərc edib. Covid-19 pandemiyası ilə mübarizədə çətinliklər və uğurları barəsində məqalə dərc edib.
James Martin Araşdırmalar Mərkəzi də İranın nüvə və raket proqramı barəsində tədqiqatlar dərc edib.
Heritage Fondu,İranın elmi inkişafında sanksiyaların təsiri və onun ölkə cəmiyyətinə, iqtisadiyyatına potensial nəticələri bərəsində tədqiqatlar dərc edib.
Wilson Mərkəzi, ,İranın aerokosmik sənayesinin inkişafı və onun gələcəkdə böyümə potensialı barəsində tədqiqatlar dərc edib.
Bununla belə, xatırlatmaq yerinə düşər ki, fikir otaqlarından bəzilərinin İran barəsində siyasi qərəzlərinin olması mümkündür.
Xarici beyin mərkəzlərində elmi inkişafların əks olunması fərqli idi. Bəziləri onu İranın dünyada hər gün artan qüdrət və nüfuzunun göstəricisi olduğunu bildirirlər, qərəzli olan bəziləri isə onu təhlükəsizlik üçün təhdid! Qərb mütəxəssislərindən bəziləri bildiriblər ki, İrandakı bu elmi inkişaflar ölkənin məharətli və təhsilli cəmiyyətinin, həmçinin, dövlətin təhqiqat və inkişaf üzərində davamlı olaraq sərmayə qoymasının əks olunmasıdır.
Mənbələr
newscientist.com/article/dn20291-iran-is-top-of-the-world-in-science-growth/
ncbi.nlm.nih.gov/pmc/articles/PMC3527047/
physicsworld.com/a/iran-pushes-synchrotron-plans/
natureasia.com/en/nmiddleeast/article/10.1038/nmiddleeast.2010.110
medicalxpress.com/news/2022-12-ectopic-lncrna-mvih-potential-diagnostic.html
medicalxpress.com/news/2021-02-iran-unveils-homegrown-virus-vaccine.html
medicalxpress.com/news/2018-08-cell-therapy-parkinson-disease.html
www.sciencealert.com/the-worlds-oldest-animations-stretch-all-the-way-back-to-cave-times
www.sciencealert.com/8-000-year-old-pottery-shards-reveal-ancient-traces-world-s-oldest-wine-georgia-neolithic
sciencealert.com/first-dna-from-this-ancient-civilization-reveals-ancestry-of-modern-south-asians
researchgate.net/
science.org/content/article/iran-confronts-coronavirus-amid-battle-between-science-and-conspiracy-theories
science.org/doi/10.1126/science.aad3016
science.org/doi/10.1126/sciimmunol.abc3979
natureasia.com/en/nmiddleeast/article/10.1038/nmiddleeast.2014.39
carnegieendowment.org/2021/06/24/can-credible-nuclear-breakout-time-with-iran-be-restored-pub-84833
carnegieendowment.org/2021/09/10/deciphering-iran-s-nuclear-strategy-pub-85313
rand.org/blog/2022/04/iran-challenges-and-successes-in-covid-19-pandemic.html
nonproliferation.org/biden-has-a-model-for-dealing-with-regional-fears-of-iranian-missiles-and-proxies/
nonproliferation.org/fabian-hinz-on-irans-space-ambitions/
heritage.org/middle-east/commentary/iran-announces-plans-highly-enriched-uranium
heritage.org/middle-east/commentary/ahmadinejad-iran-nuclear-state