İranın elm təməlli şirkətlərinin İndoneziyanın 8 milyard dollarlıq dərman idxalı bazarına daxil olması

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Səhiyyənin Elm Təməlli İqtisadiyyatının İnkişafı Mərkəzinin baş katibi İndoneziyanın dərman bazarının təmin olunmasında İran və İndoneziyanın birgə əməkdaşlığı barəsində xəbər verib.

Xarici KİV-in verdiyi məlumata görə, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Səhiyyənin Elm Təməlli İqtisadiyyatının İnkişafı Mərkəzinin baş katibi Mustafa Qanei, İran nümayəndə heyətinin “Health Business forum-Indonesia-Iran 2023” iclasındakı iştirakının, İran nümayəndə heyətinin İndoneziyaya səfərindəki digər proqramlardan olduğunu bildirərək deyib: Bu iclasda İranın istehsal və texnologiyanın lokallaşması sahəsindəki qüdrəti, dərman sahəsində ölkəmizin xüsusi nailiyyətləri və bu sahədə İranın nüfuzlu şirkətlərinin sayı barədə geniş hesabat verilib.

Qanei sözlərinin davamında deyib: Bu iclasda İndoneziyanın rəsmi şəxsləri texnologiyanın öz ölkələrinə köçürülməsi stimullarının təqdim edilməsini çox vurğulayıblar. Elmi müavinliyin nümayəndələri də ölkəmizin texnoloqlarının bu sahədəki qüdrətlərindən söz açıblar və bu məqsədlə iki tərəf arasında birgə əməkdaşlığın formalaşması qərara alınıb.

O, deyib: Bu görüşdə tərəflər arasında anlaşma memorandumunun imzalanması qərara alınıb ki, onun vasitəsilə İranda mövcud olan imkanlar bu ölkəyə köçürülsün. İranın 95% dərman ehtiyacının ölkə daxilində təmin olunmasını nəzərə alsaq, öz ehtiyacının yalnız 10%-ni yerli olaraq təmin edən İndoneziya ilə qarşılıqlı əlaqə üçün yaxşı fürsət yaranacaq.

Qanei, bu anlaşma imzalanmamışdan əvvəl iki ölkə arasında birgə işçi qrupun təşkil olunmasının qərara alınmasını bildirərək deyib: Bu işçi qrupundakı mövzular və dərman istehsalı sahəsindəki müştərək şirkətlər müəyyən olunacaq ki, texnologiyanın köçürülməsi və bu sahədə investisiya bu işçi qrupu şəklində baş tutsun.

O, həmçninin deyib: Əhəmiyyətli olan məsələ budur ki, ölkəmizdə 95% dərman ölkə daxilində istehsal olunur və yalnız 3-5% idxal olunur. Halbuki İndoneziyanın dərman bazarının 90%-dən çoxu idxal olunur və yalnız 10% yerli məhsuldur. Bu şərait İndoneziyaya 8 milyard dollardan çox dərman məhsullarının idxalına səbəb olub.

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Səhiyyənin Elm Təməlli İqtisadiyyatının İnkişafı Mərkəzinin baş katibi düşünür ki, bu böyük bazar İranın elm təməlli şirkətləri tərəfindən texnologiyanın ötürülməsi, investesiya və iranlı investorlar üçün cəledici bir mövzudur və onlar bununla da öz bazarlarını genişləndirə, xəstələrə göstərilən xidmətlərin artırılmasında və xərclərin azaldılmasında İndoneziyaya kömək edə bilərlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir