İranın elm təməlli şirkətinin ən böyük informasiya texnologiyaları tədbirində parlaması

İranın elm təməlli şirkətlərindən biri Dubayın GITEX sərgisində Supernova müsabiqəsinin yarımfinal mərhələsinə yüksələ bilib.

BƏƏ-nin Dubay şəhərində keçirilən builki “GITEX” beynəlxalq sərgisində İnnovasiya və Rifah Fondunun dəstəklədiyi elm təməlli 20 İran şirkəti iştirak edir. Onlar bu pavilyonda özlərinin sonuncu texnoloji məhsulları və nailiyyətlərini nümayiş etdiriblər. Bu sərgi 13 Oktyabr 2024-cü il tarixində Dubay şəhərində başlayıb və Oktyabrın 16-dək davam edib.

Bu beynəlxalq sərginin keçirildiyi ərəfədə elm təməlli “Rəca İnformasiya Texnologiyası” şirkəti GITEX North Stars sərgisində Supernova müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlib.

Hər il yüzlərlə texnoloq startapa ev sahibliyi edən “Gələcəyin ulduzları” GITEX Dubay sərgisinin startaplarına aid bölmədir.

Supernova startaplara görünmək imkanı yaratmaqdan əlavə, müsabiqə hakimləri arasında real investorların və alıcıların iştirakına da səbəb olur, həmçinin startapların 200 min dollarlıq mükafat qazanmağına imkan yaradır.

Qeyd etmək lazımdır ki, 44-cü GITEX Dubay İnformasiya və Kommunikasiya Texnologiyaları Sərgisi informasiya və kommunikasiya texnologiyaları sənayesinin ən böyük texnologiya və startap tədbiridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir