Qətər və Türkiyədən olan işgüzar nümayəndə heyətləri İranın İnnovasiya və Texnologiya Evini ziyarət edərək İranım elm təməlli nailiyyətlərini texnologiyanın ən yüksək səviyyəsində olduğunu bildiriblər. Bu ölkələr İranla kommersiya müqavilələri imzalamaq üçün hazır olduqlarını açıqlayıblar.
Türkiyəli və qətərli tacirlər ticarət əlaqələrinin genişlənməsi və İran məhsullarına baxış keçirmək üçün İranın İnnovasiya və Texnologiya Evini (İHİT) ziyarət ediblər.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyi İran İslam Respublikasının ixracat imkanları sərgisinin (İran Expo 2024) keçirilməsi ilə eyni vaxtda İranın elm təməlli şirkətlərində fəaliyyət göstərən texnoloqların ixracat imkanlarını xarici ziyarətçilərin nəzərinə çatdırıb.
Bu sərgi beynəlxalq bazarlarla əlaqə yaratmaq və İran sənayelərinin ixracat imkanlarını tanıtdırmaq məqsədi ilə keçirilən İrandakı ən böyük kommersiya tədbiridir. Bu sərgi yerli istehsalçıların öz məhsullarını beynəlxalq tacirlərə tanıtdırmaları və beləliklə də, fabriklərin boşluqlarını doldurub, ixracatın artması istiqamətində hərəkət etmələri üçün müstəsna imkan yaradır.
İHİT də iranlı istehsalçılar və xarici tacirlər arasında əlaqə körpüsü kimi ziyarətçilərə ev sahibliyi edir, işgüzar əlaqələri və şəbəkələrin qurulmasına imkan yaradır.
İran Expo 2024 sərgisində İranın 700-ə yaxın elm təməlli və texnologiya şirkəti iştirak edib və öz nailiyyətlərini xarici ziyarətçilərə təqdim ediblər.
Tehranda beynəlxalq sərgilərin daimi yerində Aprelin 27-dən başlayan 5 günlük sərgidə xarici ziyarətçilərlə İran şirkətləri arasında xüsusi B2B görüşü, xarici ziyarətçilərlə sənaye yönümlü toplantılar, sərgi daxilində xarici ziyarətçilər üçün ixtisaslaşdırılmış turlar, İranın seçilmiş məhsullar kateqoriyasının tanıtdırılması, tibb sənayesinin seçilmiş məhsullarının tanıtdırılması, sərgi boyu konsaltinq xidmətlərin göstərilməsi, xüsusi proqramların əldə olunması, tərçüməçilər və s. xidmətlər göstərilib.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin açıqlamasına görə, sərginin ikinci günündə Türkiyə və Qətərin işgüzar nümayəndə heyətləri kommersiya və iqtisadi əlaqələrin inkişafı məqsədi ilə İHİT-i ziyarət ediblər. Bu iki ölkənin nümayəndə heyəti qida, kənd təsərrüfatı və balıqçılıq sənayeləri, dərman, tibbi və laboratoriya avadanlıqları sənayesi, kimyəvi, kosmetik və sanitar məhsullar sənayesi, tikinti, texniki mühəndislik və neft-kimya sənayesi, animasiya və oyun kimi yaradıcı sənayelər də daxil olmaqla, İran şirkətlərinin 15 məhsul qrupunun müxtəlif sahələrindəki məhsullarını və nailiyyətlərini ziyarət ediblər.
Qətərin sənaye nazirinin müavini tədbir çərçivəsində keçirilən iclasda İranın elm təməlli nailiyyətlərini texnologiyanın ən yüksək səviyyəsində olduğunu bildirib və ölkəsinin İranla kommersiya müqavilələri bağlamaq üçün hazır olduğunu açıqlayıb.
Türkiyənin Ticarət Palatasının rəhbəri də İHİT ziyarətində İran məhsullarının keyfiyyətindən təəccübləndiyini bildirərək əlavə edib: Hal-hazırda bizim ölkəmiz müdafiə məhsullarının istehsalı sahəsində fəaliyyətlər yerinə yetirməkdədir, amma İran bu mərhələləri mümkün qədər ən yaxşı şəkildə tamamlayıb.
O, bildirib: Biz İranla bütün sahələrdə ticarət əlaqələri qurmaq istərdik.