İranın elmə əsaslanan yeni cihazı ilə diabetik ayaq yarasının tez sağalması

Elektrokardioqraf sahəsində tibbi avandanlıqların peşəkar istehsalı ilə məşğul olan şirkətlərdən birinin mütəxəssisləri diabetik ayaq yarasının müalicəsi üçün yeni cihaz hazırlamağa nail olublar. Cihaz bu növ yaraları qısa müddət ərzində yaxşılaşdırır.

Diabet xəstələrini əziyyət və narahat edən problemlərdən biridiabetik ayaq yarasıdır. Hansı ki, o, bu xəstəliyin ən çox görünən yan təsiridir. Elm təməlli yerli şirkətlərdən biri elektrik stimullaşdırılması vasitəsilə yaranın müalicə prosesini qısaldan yeni cihaz istehsal etməyə müvəffəq olub.

Bu şirkət 2007-ci ildə xəstəxanalara aid tibbi avadanlıqlar sahəsində öz fəaliyyətinə başlayıb və 2012-ci ildə özünün ilk 6 kanallı EKQ aparatını (elektrokardioqrafiya aparatı) bazara çıxarıb.

Bu şirkətin ticarət sahəsindəki əsas fəaliyyəti tibb sahəsinə aid avadanlıqların idxalı və istehsal sahəsində isə elektrokardioqrafiya cihazı üzərində köklənib. Şirkət bu məhsuldan əlavə, etibarlı SCCD cihazı, avtomatik elektroşok cihazı və ürəyin Holter monitorinqi cihazı kimi digər məhsulların da dizaynı və istehsalı ilə məşğuldur.

Bu elm təməlli şirkətin baş direktoru Səid Bağbani Cavid diabetik ayaq yarasını diyabet xəstəliyinin ən çox yayılan yay təsirlərindən biri olduğunu bildirərək deyib: İran Diabet Assosiasının statistikasına əsasən hər dörd nəfərdən biri diabet xəstəliyinə tutulur. Diabetik ayaq yarasını yaradan ən əsas amillərdən də periferik damar xəstəlikləri (venoz və arterial) və periferik sinirlərin zədələnməsinə (nevropatiya) işarə etmək olar.

O, sözlərinin davamında deyib: Bu cihaz xüsusi aşağı cərəyanda elektrik siqnallar yaratmaqla baldır əzələlərinin yığılmasına səbəb olub, venoz və arterial qan cərəyanının artmasına və diabetik ayaq yarasının yaxşılaşmasının tezləşməsinə kömək edir.

Bağbani Cavid “periferik arteria xəstəliyi”, “xroniki venoz çatışmazlığı” və “periferik sinirlərin zədələnməsi”ni bu cihazın digər istifadə sahələrindən hesab edib.

Onun sözlərinə görə, yeni cihaz müalicəyə kömək edən bir vasitədir və bu cihazın bütün üstünlüklərindən bəhrələnmək üçün bütün müalicə tədbirlərinin həkimin nəzarəti altında həyata keçirilməsi lazımdır.

Bağbani əlavə edərək deyib: Diabet xəstəliyinə tutulmuş insanların ayağı bir növ yara olur ki, onun da müalicəsi bir aydan çox çəkir. Amma bu cihaz elektrik stimullaşdırılması yolu ilə yaranın müalicə prosesinin qısalmasına səbəb olur.

O, həmçinin deyib: Bu cihazın ölkə daxilində və ölkə xaricində oxşar nümunəsi yoxdur. Əslində, iranlı tədqiqatçılar tərəfindən ixtira olunmuş bu cihaz İrana məxsusdur.

Bu elm təməlli şirkətin baş direktoru elektrokardioqrafiya cihazının digər modellərinin bazara çıxarılmasına toxunaraq bildirib: Biz tək kanallı, üç kanallı və on iki kanallı EKQ apartı istehsal etmişik. Həmçinin avtomatik elektroşok cihazı (AED) digər yeni məhsullardandır. Bundan əlavə, Holter monitor cihazının dizayn və inkişafına nail olmuşuq. Bu cihaz xəstəyə birləşdirilir və 24 yaxud 48 saat ərzində xəstədən EKQ çəkilir.

Bağbani Cavid sonda təcrübəli və mütəxəssis iranlı kimya mühəndislərindən istifadə etməklə müasir texnologiyalar əsasında etibarlı istehsalın və müştəri orientasiyasının artmasını bu elm təməlli şirkətin ən mühüm hədəflərindən hesab edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir