İran, elmi tədqiqat və istehsal sahəsində, xüsusən də biotexnologiya, nanotexnologiya və bərpa olunan enerji zəmnində əhəmiyyətli dərəcədə inkişaf edib. Bu ölkə, beynəlxalq sanksiyalarla üzləşməsinə rəğmən, dünya akademik və sənaye cəmiyyətlərinin diqqətini çəkən çoxsaylı məqalələr, patentlər ərsəyə gətirməklə elmi ictimaiyyətdə güclü görünə bilib.
İranın elmi ictimaiyyətinin yuxarı səviyyəsi, dünyanın elmi ictimaiyyətinə əhəmiyyətli dərəcədə kömək etmiş çox sayda bir nömrəli alimlərə və müəllimlərə malikdir. Onların tədqiqatları, yaradıcı ideyaları beynəlxalq akademik birliyin diqqətini özünə cəlb edib və dünya səhnəsində İranın şöhrətini yüksəldib. Beləliklə də, İran, dünya elmi ictimaiyyətində öz yerini möhkəmləndirib və beləcə, müxtəlif elmi sahələrdə öz tərəqqi yoluna davam edir. Elm və texnologiyada İranın əldə etdiyi gözə çarpan nailiyyətləri xarici saytların gözündən yayınmayıb.
Məqalələr, elmi məhsullar və İranın beynəlxalq səviyyələrdə mövqeyi
New Scientist saytı
Britaniyada dərc olunan beynəlxalq New Scientist saytının həftəlik elmi buraxılışı 2021-ci ildə elan edib ki, İranın elmi məhsulları 1997-2009- cu illərdə 18 dəfə artıb və dərc olunmuş məqalələrin sayı 736-dan 13238-ə çatıb. Həmçinin, yazıb: “İran, dünyada elmi nəşrlərin artımında ən sürətli artıma sahibdir.
Bu sayt, 2020-ci ildə başqa bir buraxılışda yazıb: İranda elmi məhsullar dünyanın orta sürətindən 11 dəfə daha sürətli inkişaf edib. Yəni, bütün ölkələrdən daha sürətli. Web of Science məlumat bazasında siyahıya alınmış elmi məqalələrin sayının araşdırılması onu göstərir ki, Orta Şərqdə (əsasən İranda və Türkiyədə) inkişaf, dünyanın orta sürətindən təxminən 4 dəfə çoxdur.
ABŞ-ın Milli Tibb Kitabxanası
Dünyanın ən böyük tibbi kitabxanası hesab olunan ABŞ-ın Milli Tibb Kitabxanası da 2012-ci ildə dərc etdiyi “ötən 35 ildə İranda elmi inkişaf” başlıqlı yazıda İranın tərəqqisi barəsində yazıb: İrana məxsus dərc olunmuş məqalələrin mütərəqqi kəmiyyət və keyfiyyət artımı müşahidə olunub. Əgər bu elmi inkişaf davam edərsə, İranı elm sahəsində dünyanın ən qüdrətli ölkələrindən biri kimi görmək təəccüblü olmayacaq.
YUNESKO
Bu sayt, bir yazıda İranda olan elm təməlli şirkətlərin və startapların tərəqqisini qələmə alıb, 2015-ci ili bu mövzu üçün dönüş nöqtəsi kimi təqdim edib. Bu sayt, yazıb: “Qanunlar toplusu və seçilmiş siyasət, 2015-ci ildən rəqabət maneələrini aradan qaldırıb, yenilik üçün maddi dəstəyi gücləndirib. 2014-2017- ci illər arasında elm təməlli məhsulların ixracatı 5 dəfə artıb.”
Avstraliya Strateji Siyasət Fondu
Müdafiə xarakterli siyasətlərin inkişafı zəmnində tədqiqat aparan bu sayt, İranın haker gücünü etiraf edərək yazıb: “İranlı hakerlər Trampı nüvə razılaşmasından çıxdığına görə hədəfə alacaqları ehtimal olunur. Bu müəssisə, xəbərdalıq edib ki, qərb müəssisələri, gərək belə hücumlara hazır olsunlar. Tramp və onun biznes imperiyası, əsas hədəf ola bilər.”
Essential Science Indicators məlumat bazası
Müxtəlif elmi ixtisaslarda tədqiqat müəssisələrin, ölkələrin, tədqiqatçıların fəaliyyəti barəsində üniversal və dəqiq məlumatları təqdim edən Essential Science Indicators məlumat bazası (ESI), 2022-ci ildə 841 iranlı tədqiqatçını dünyanın ən çox istinad edilən tədqiqatçılarının yüzdə biri arasında qərarlaşdırıb.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının saytı
Bu təşkilat, dünya boyunca əqli mülkiyyət hüquqlarının himayəsinin geniş yayılmasına həsr olunmuş Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış bir qrumudur. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, 29 Sentyabr 2022-ci tarixində Qlobal İnnovasiya İndeksi 2020 adlı yazıda yazıb: İran İslam Respublikası, aşağı orta gəlirli qruplar arasında 3-cü pillədə qərarlaşıb və ardıcıl olaraq iki ildir ki, texnologiyada öz inkişafı üçün gözlənilən həddən daha yüksək göstərici nümayiş etdirir. Əmtəə nişanının qeydiyyatı, elm və mühəndislik məzunları kimi göstəricilərdə dünyada liderlik edir.
İran, iqtisadi sanksiya və digər problemlərə baxmayaraq, müxtəlif zəminlərdə diqqətəlayiq inkişaflar əldə edə və qlobal elmi ictimaiyyətdə əsl oyunçuya çevrilə bilib. Beynəlxalq elmi cəmiyyətlərdə güclü iştirak, İranın bu sahədə potensialını və qüdrətini nümayiş etdirir. İranın təhsil və tədqiqata sadiqliyi, inkişaf və tərəqqiyə davam etmək üçün inkişaf etmiş innovasiya ekosistemi yaradıb. Qarşısında olan bütün problemlərlə yanaşı İranın elmi inkişafları dünyaya böyük köməklər edib. Növbəti illərdə İrandan öncül tədqiqat və texnoloji tərəqqilər görünməsi ehtimal olunur. Beynəlxalq ictimaiyyətin bu inkişaflara reaksiyası olduqca maraqlıdır. İranın potensialının tam açılması, onun inkişaf etmiş ölkələr arasında mövqeyini möhkəmləndirmək üçün sərmayə qoymaq və daha çox himayə etmək zəruri hesab olunur.