İranın dünyada deməyə sözü olan 6 nano məhsulu

Elm təməlli nano məhsullar səbəti dünyada misilsiz məhsullara malikdir. Bu yazıda sizi İranın dünyada patentli və nisbətən daha yüksək təsirli bir neçə yeni nano məhsulu ilə tanış edəcəyik.

Hal-hazırda İran nano elm istehsalı üzrə dünyada 5-ci yerdə yerləşməsindən əlavə, nanotexnologiyaya sahib məhsulların təxminən 70 milyon dollarlıq ixracatına malikdir. Bu rəqəmlərin nəticəsi nanotexnologiyaya əsaslanan və yüksək dəyərli qlobal innovasiya malik məhsullardır. Bu məhsullardan bir neçəsinə işarə edirik.

Körpələrdə sarılığı müəyyən etmək və izləmək üçün ağıllı geyilə bilən sensor

Körpənin dünyaya gəldiyi ilk günlərdə valideynlərin ən əsas narahatlıqlarından biri qanda bilirubin maddəsinin qatılığının artması nəticəsində yaranan sarılıq xəstəliyidir. Sarılığın vaxtında müəyyən olunması və müalicəsi karlıq təhlükəsini və beyindəki bərpaedilməz zərərləri aradan qaldırır.

Zəhərli reagentlərə olan ehtiyacdan əlavə, bahalı, mürəkkəb və iri həcmli cihazlar, qan almaq, test götürmək və nəticələri şərh etmək üçün təlim keçmiş texniklər sarılığı müəyyən etməkdə qan əsaslı metodların əsas məhdudiyyətlərindən biridir. Bu da həmin metodları diaqnostik laboratoriya və avadanlıqlarla təchiz edilmiş klinikalarla məhdurlaşdırır.

Amma bu elm təməlli innovativ məhsulda sarılıq xəstəliyinin müəyyən edilməsi və müalicə müddətinin izlənilməsi üçün tatuirovka edilmiş dəri yamasından istifadə edilib ki, ağıllı geyinə bilən analizatorun köməyi ilə körpənin bilirubin maddəsini ucuz, tez və davamlı ölçməyə qadirdir.

Süni daş istehsalında istifadə edilən maddə

Süni daş təbii aqreqatlardan, qatranlardan, piqmentlərdən və əlavələrdən hazırlanmış kompozit bir materialdır və alüminium hidroksid onun əsas komponenti kimi çıxış edir.

Süni daşda istifadə edilən şəffaf alüminium hidroksid birləşməsi şəffaflığın artmasına, zaihiri görünüşün daha da gözəlləşməsinə, ağlığın yaxşılaşmasına, açıq sarı yaxud açıq qəhvəyi rəngin yaranmasının qarşısının alınmasına, özlülük nəzarətinə, tökmə əməliyyatlarının asanlaşmasına və axın modelinin yaxşılaşmasına səbəb ola bilər.

Bu maddə yanğına davamlı örtüklərdə istifadə edildikdə alov əleyhinə xüsusiyyətin  artmasına və tüstünün qarşısını almağa səbəb olan sinergetik təsirlər göstərir. Şəffaf alüminium hidroksid yüksək optik aydınlığa malik olduğundan optik cihazların istehsalında da istifadə edilir. Bu materialın şaffaflığı  və yüksək davamlılığı onu aydınlığın və optik dəqiqliyin zəruri olduğu tətbiqlərə uyğun edir.

Kolon (yoğun bağırsaq) xərçənginin sürətli diaqnoz dəsti  

Kolon xərçəngi dünyada yayılmış üçüncü xərçəng və xərçəngdən yaranan ölüm hallarının ikinci səbəbidir. Bu xəstəliyə tutulan insanların ən əsas ölüm səbəbi onun erkən mərhələlərdə müəyyən edilməməsidir. Belə ki, bu mövzu bu xəstəliyə tutulanların 70%-dən çoxuna şamil olur. Beləliklə də, bu xəstəliyin ilkin mərhələlərində insanların identefikasiyası və yoxlanmasının yüksək əhəmiyyəti var.

Bir tərəfdən də mövcud olan və kommersiyalaşmış dəstlər aşağı dəqiqliyə malik olub, 40% həddindədir. Buna görə də, cəmiyyət səviyyəsində kütləvi yoxlanış üçün yüksək dəqiqlikli dəstlərə ehtiyac var.

İranda texnoloji bir beyin bir neçə illik tədqiqat və inkişafla bu dəstin istehsal zəncirini 90%-dən yüksək dəqiqliklə tamamlayıb. O, həmçinin istehsal prosesində innovasiya və yenilik səbəbi ilə Amerika Patent İdarəsinin təsdiqini əldə edib.

Litium-ion batareyasında həyati əhəmiyyətli bir maddə

Litium-ion batareyalarına gəldikdə, litium istehlak məhsullarının 400-dən çox növü üçün ötən 5 il ərzində 25 mindən çox qızma yaxud yanma hadisəsi qeydə alınıb. Digər tərəfdən də elektrik nəqliyyat vasitələrindən istifadənin artması ilə bu hadisələrin baş verməsi də artır.

Nanotexnologiya qruplarından biri bu növ batareyaların təhlükəsizlik problemini aradan qaldırmaq üçün 200°C istilik sabitliyinə və onların təhlükəsizliyini dəyişə biləcək əla performans parametrlərinə malik separator istehsal edib. “Nanoguard separator” elə bir formada hazırlanıb ki, boru nüvəsinin təbəqələrinin sayı azalmaqla borunun montaj sürəti artır. Bütün bu xüsusiyyətlər xərclərin azalmasına və batareya elementlərinin istehsal sürətinin artması ilə nəticələnəcək.

Neft emalı bölmələrində sanksiyalardan yan keçmək

Kaustik tərkibində çoxlu çirkləndiricilər olan neft, qaz və keft-kimya sənayelərinin maye tullantılarından biridir. Hal-hazırda İranda neft emalı və keft-kimya sektorlarında istifadə olunmuş kaustik tanker vasitəsi ilə hansısa bir şirkətə göndərilir və həmin şirkət onu məhv edir yaxud onu təmizləmək üçün əsaslı üsul tətbiq edilmədən, təmizlənmə və zərərsizləşdrimə olmadan o, kiçik hovuzlara toplanır. Buna görə də, bu sənayelərin yerləşdiyi bölgələr ekoloji ziyana məruz qalır.

Xarici neft emalı və keft-kimya sektorlarında bu maddənin təmizlənməsi yüksək temperator və təzyiqə ehtiyacı olan üsullarla həyata keçirilir. Bu sistemlərin istifadəsi İran şirkətləri üçün qeyri-iqtisadi və sanksiyalar səbəbilə etibarsızdır.

Bunları nəzərə alaraq, istifadə olunmuş kaustikin təmizlənməsi və məhv edilməsində elm təməlli İran şirkəti onun məhv edilməsinin əvəzləyici yolunu tapmaq niyyətində olub. Beləliklə də, bu şirkət kompozit membranlarından istifadə etməklə bu maddəni aşağı temperator və təzyiqdə zərərsizləşdirməyi bacarıb.

Yeni nanomateriallarla sümüklərin bərpası

Diş çəkilməsindən sonra və ya yaşın artması ilə adətən, insanların üzləşdiyi problemlərdən biri diş altı sümüyün çürüməsidir. Buna görə də, davamlı diş implantı üçün çürümüş nahiyənin yenidən qurulması lazımdır. Hazırda mövcud olan yollar sümük autoqrefti və ya alloqreftindan istifadədir.

İranın əzmkar bir şirkətinin tədqiqat qrupu 14 illik tədqiqat fəaliyyətindən sonra toxuma bərpasının və sümük birləşməsinin müddətini daha da azalda bilən nanoliflərə və nanokeramikaya sahib olan 4 məhsul istehsal etməyi bacarıb.

Bu məhsul çənə və sümük birləşmələrində, həmçinin fəqərələrdə alloqreftlər, ksenoqraftlar və digər sintetik sümük maddələri ilə müqayisə oluna biləcək rəqibdir. Halbuki, qiymət baxımından adı çəkilən maddələrdən olduqca daha ucuzdur.



Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir