İranın dəri leyşmaniozu xəstəliyi üçün nanodərman istehsalı

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri dəri leyşmaniozu xəstəliyinin müalicəsi üçün dərmanın nano formasını hazırlamaqla preparatın yan təsirlərindən yaranan toksikliyi azaltmaqla yanaşı, bu xəstəliyin daha təsirli müalicəsinə kömək etməyə müvəffəq olublar.

Xarici KİV-in Elmi Müavinliyə istinadən verdiyi məlumata görə, liposom məhsulları dərmanların orqanizmə yan təsirləri və zərərli təsirlərini azaltmaqla məqsədli dərman çatdırılmasına kömək edən, dərman maddəsinin fəsad üzərindəki təsirini mümkün qədər maksimum həddə çatdıran texnoloji və yeni dərmanlardan sayılır.

Elm təməlli şirkətin baş direktoru nanoliposom formulalı müxtəlif növ dərmanların istehsalına işarə edərək deyib: Bu elm təməlli şirkət yeni dərman çatdırma texnologiyasına əsaslanan innovativ nano əczaçılıq məhsullarının istehsalı və kommersiyalaşdırlması sahəsində fəaliyyət göstərir.

O, göbələk xəstəliklərinin və həmçinin leishmania paraziti kimi protozoa infeksiyaların müalicəsi üçün bu elm təməlli şirkət tərəfindən ən təsirli dərmanın istehsalı və kommersiyalaşdırlmasına toxunaraq deyib: Amfoterisin B hüceyrə membranlarının steroluna bağlanaraq və orada məsamələr və ya kanallar yaratmaqla, hüceyrə membranlarının keçiriciliyində dəyişikliyə, hüceyrədaxili birləşmələrin xaricə sızmasına və nəhayətdə, xəstə hüceyrələrin ölümü və məhv edilməsinə səbəb olur. Bu dərmanın insan hüceyrələrinə zərə vermədən göbələk və parazit hüceyrələrinin üzərində ağıllı və seçilmiş şəkildə məhv edici təsirləri var.

Bu aktiv texnoloq dəri leyşmaniozu xəstəliyinin effektiv və sürətli müalicəsi üçün nanoliposomal şəklində olan elm təməlli topikal Amfoterisin B gelinin istehsalını bu elm təməlli şirkətin nailiyyətlərindən olduğunu bildirərək deyib: Dünyada dəri leyşmaniozunun müalicəsi iynə vurulması ilə həyata keçirilir və hətta yara üzərinə 30 ədəd iynə də vurula bilər ki, bu da, çoxlu ağrı ilə müşayət olunur.

Baş direktor deyib: Bizim şirkətimiz ilk dəfə olaraq bu məhsulu inkişaf etdirməyi bacarıb və hətta ÜST şirkətimizə onu Afrika ölkələrinə köçürtmək üçün qrant vermişdi. Təəssüflər olsun ki, sanksiya kimi bəzi məsələlərə görə, bu mözvu rədd edildi və biz onun qlobal qeydiyyatı üçün çalışırıq.

O, əlavə edib: Elm təməlli şirkətin mütəxəssisləri tərəfindən nanoliposomal topikal Amfoterisin B gelinin istehsalı və kommersiyalaşdırılması üçün 15 il tədqiqat və araşdırma həyata keçirilib.

Bu texnoloq deyib: Bu məhsul dəri leyşmaniozu xəstəliyinin müalicəsi məqsədi ilə istehsal olunub və tropikal olaraq istifadə oluna bilər. Amfoterisin B dəri leyşmaniozu xəstəliyinin müalicəsi üçün istifadə olunan effektli anti-parazit və anti-göbələk dərmanıdır. Bu dərmanın səbəb olduğu böyrək toksikliyinə görə, liposomal formullar məqsədli dərman çatdırılması üçün istifadə oluna bilər. Onun liposomal formulu bu dərmanın orqanizm üzərindəki zərərli təsirləri azaldır və göbələk səviyyəsinə nüfuzun və köçürülmənin artmasına səbəb olur.

Onun sözlərinə görə, lipidlərdən və səthi aktiv maddələrdən istifadə etməklə nanoliposomlar və nanomisellərə əsaslanan formulasiya daha yaxşı sağalma və daha az toksiklik, onların inyeksiya, yeməli və tropikal tətbiqli sənaye miqyasına çevirməkdən ötrü dərmanın effektivliyini optimallaşdırmaq üçündür.

O, bu məhsulun yerli istehsalı ilə əldə edilən valyuta qənaəti barəsində deyib: Qiyməti yuxarı olan inyeksion dərman idxalı var. Amma müştərinin əlində olan bu məlhəmin son qiyməti hal-hazırda 140 min tüməndir. (təxminən 5 manat)

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir