İranın bu kamikadze dronu İsrailə çatır

2000 km-dən çox uçuş məsafəli İranın “Arəş-2” kamikadze dronu İsrailə çatır.

2000 km uçuş məsafəli “Arəş-2” kamikadze dronu dünyada ən uzaq mənzilli kamikadze dronu hesab olunur. Bu dronunun daha kiçik versiyası 150 km uçuş məsafəli Arəş-1 dronudur, hansı ki, o, döyüş meydanında yaxın hədəflərə hücum üçün hazırlanıb. Əslində, Arəş-2 kamikadze dronu Arəş-1 dronunun inkişaf etmiş və təkmilləşdirilmiş versiyasıdır.

Arəş-2 dronu ilk dəfə 2021-ci ilin Yanvar ayının 7-də ordunun dron təlimində nümayiş edilərək, istifadə olunub. Təlimlər zamanı bu dron Makran sahillərindən buraxılıb və təxminən 1400 km-lik məsafəni qət etdikdən sonra öz hədəfini İranın Semnan vilayətindəki ümumi təlim məntəqəsində hədəfə alıb.

Arəş-2 dronu zahiri görünüşündən Kiyan-2 dronu ilə eynidir və üçbucaqlı qanada malikdir. Bu iki dorunun əsas fərqi onların mühərriklərindədir. Kiyan reaktiv mühərrikdən, Arəş isə pistonlu mühərrikdən istifafə edir. Bu mühərrik fərqi onların uçuş mənzillərində də çox təsir qoyub.

Arəş-2 dronu indiyədək olan təlimlərdə iki növ buraxılış qurğusundan buraxılıb. Biri Kərrar kimi asanlıqla əldə edilən Jeto buraxılış qurğusu və digəri yük maşınının arxa hissəsində yerləşdirilən qutu buraxılış qurğusundan. Qutu buraxılış qurğusunun mövcudluğu bu pilotsuz uçuş aparatının müəyyənləşdirilməsini daha da çətinləşdirib, daşıyıcısının yüksək hərəkətliyi ilə yanaşı, sağ qalma qabiliyyətini artıracaq.

Arəş-2 dronu 2022-ci ilin May ayında ordunun dron donanmasında görünüb. Odur ki, Arəş-2 üçün gəmi əleyhinə istifadə qabiliyyətini və həmçinin dənizdən sahilə hücum imkanını nəzərdə saxlamaq olar.

2022-ci ildə Ordunun Nailiyyətləri Sərgisində Arəş-2 kamikadze dronu infraqırmızı və elekro-optik axtarış aparatları ilə təchiz edilmiş halda görünüb ki, bu da uçuş aparatına əlavə imkanlar verir. İnfraqırmızı və elekro-optik axtarış aparatları ilə təchiz edilmiş Arəş-2 dronu müxtəlif hədəfləri yüksək dəqiqliklə məhv edə bilər. Buna görə də, bu dron müxtəlif növ axtarış aparatları ilə sabit hədəflərdən əlavə, hərəkətdə olan yaxud düşmən tərəfdə dəqiq vurulması lazım olan obyektləri hədəfə almaq gücünü əldə edib.

Dərc olunmuş şəkillərə və Müdafiə Nazirliyinin daimi sərgisinin məlumatlarına əsasən, Arəş-2 dronunun mühərriki 50 at gücündə olan MD 550 və ya MDSO-4-520 tempest tiplidir. Buna görə də mühərrik növünü nəzərə alsaq, bu dronun sürəti maksimum 185 km\saat olacaq.

Arəş-2 kamikadze dronunun göstəriciləri:

Uzunluğu: təxminən 4.5 metr

İki qanad ucu arasındakı fasilə: təxminən 4 metr

Uçuş tavanı: 3657 metr (12 min fut)

Mühərriki: 50 at gücünə malik pistonlu MD 550 və ya MDSO-4-520 tempest

Maksimum sürəti: 185 km\saat

Mənzili: 2000 km

Çəkisi: təxminən 200 kq

İstehsalı: İran

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir