İran Kosmik Təşkilatının rəhbəri ölkənin 10 kosmik layihəsi barəsində son vəziyyətə işarə edərək deyib: Pars 1 və Zəfər 2 peykləri bu il uçuş üçün təhvil alınacaq. Bununla yanaşı, bu il Tolu 4 peykinin və Saman 2 orbital ötürmə blokunun layihə mərhələsi başlayacaq.
İran Kosmik Təşkilatının informasiya şöbəsinə istinadən, Həsən Salariye İran Kosmik Təşkilatının layihələrinin son vəziyyəti barəsində deyib: Ölçmə peykləri sahəsində Pars 1-B peykinin ikinci nümunəsi son mərhələləri keçməkdədir və bu il orbitə buraxılmaq üçün təhvil alınacaq. Zəfər 2 peyki də son sınaq testləri mərhələsini keçdikdən sonra demək olar ki, hazırdır və cari ildə orbitə uçuş məqsədi ilə təhvil alıncaq.
O, deyib: Həmçinin, ölçmə sahəsində 5 metr monospektral və 10 metr multispektral dəqiqliyə malik olan Tolu 3 peykinin uçuş nümunəsinin ötən il təqdim edilməsini nəzərə alaraq, Tolu 4 peykinin dizayn və istehsal layihəsi də bu il başlayacaq. Tolu 4-ün xüsusiyyətləri Tolu 3-ə nisbətən daha yaxşı olacaq və artacaq.
İran Kosmik Təşkilatının rəhbəri uzaqdan zondlama sahəsində İran Kosmik Təşkilatının özəl sektor və elm təməlli şirkətlərlə həmkarlığa hazır olmasını bildirərək deyib: Biz inanırıq ki, özəl sektorda son illər ərzində əldə edilən inkişafı nəzərə almaqla, bu sahədə mövcud olan imkanlardan kosmik sənayenin inkişafında istifadə etmək olar.
O, sözlərinin davamında deyib: Telekommunikasiya peykləri sahəsində Nahid 2 telekommunikasiya peykinin keyfiyyətli nümunəsi iki il əvvəl orbitə buraxılıb. Bu il də bu peykin uçuş nümunəsi orbitə buraxılması üçün İran Kosmik Təşkilatına təhvil veriləcək. Həmçinin, Nahid 3 adı altında Nahid peykinin növbəti nəslinin dizayn və istehsal mərhələsi də bu il başlacacaq. Nahid 1 peyki barəsində İran Kosmik Təşkilatının də bu peyk üçün proqnozlaşdırdığı missiyaları nəzərə alaraq, biz onun inkişafı və optimallaşdırılmasına çalışırıq ki, sənayeləşmək qabiliyyətinə malik olaraq istehsal prosesi həyata keçsin.
İran Kosmik Təşkilatının rəhbəri İransat 1 peykini, cari ildə dizayn və istehsalı başlanacaq olan yüksək hündürlüklərdə tətbiq olunma qabiliyyətinə malik bir telekommunikasiya peyki olduğunu bildirərək deyib: Kosmik sənayesinin elitaları bu peykin dizayn və istehsalı ilə kosmik sənayenin inkişafında mühüm addım atıblar.
Salariye, Saman orbital ötürmə sisteminin son vəziyyətinə işarə edərək deyib: Ötən il suborbital sınağı uğurla həyata keçən Saman orbital ötürmə blokunun, bu il uçuş nümunəsi Kosmik Təşkilatına təhvil veriləcək. Bu blok əslində, kosmik yüklərin, xüsusən də ağır telekommunikası peyklərinin yer orbitləri arasında daşınması üçün hazırlanıb. Təbii ki, daha yüksək imkanlara, o cümlədən peykin GSO orbitinə ötürülməsi imkanına sahib olan Saman 2 orbital ötürmə blokunun dizayn və istehsal mərhələsi bu il başlayacaq.
O, Kosmik Təşkilatının özəl sektorla qarşılıqlı əməkdaşlığının necəliyi barəsində xatırladıb: Hal-hazırda Kosmik Təşkilatı və özəl sektorun elm təməlli şirkətləri arasında çox yaxşı əlaqə var. Biz hətta, özəl sektordan şəkillərin zəmanətli alınması müqaviləsinin bağlanması üçün lazım olan lisenziyaları əldə etmişik və cari ildə bu sahədə özəl sektorla lazımı müqavilələr bağlamaq fikrimiz var. Təbii ki, bundan əlavə, Şəhid Süleymani Sistem (IOT) layihəsinin özəl sektora təhvil verilmə prosesi də davam etməkdədir.
İran Kosmik Təşkilatının rəhbəri sonda gələcəkdə açıqlanacaq olan ölçmə və telekommunikasiya sahəsində digər layihələrin olmasını bəyan edərək deyib: Bu il təhvil verilən yaxud istehsal mərhələsi başlanacaq olan peyklərin və məhsulların texniki göstəriciləri, xüsusiyyətləri gələcəkdə vaxtaşırı elan olunacaq.