İranın biliyə əsaslanan tənəffüs aparatı ilə körpələrin reanimasiyası

İranın elm təməlli şirkətlərindən biri körpələr üçün reanimasiya və hava ilə oksigeni qarışdıran aparatları tamamilə lokallaşdırmağa müvəffəq olub.

Yenidoğulmuşların reanimasiyası üçün mövcud olan xarici məhsullar təmir olunmada problemlə üzləşir və çox yuxarı qiymətə malikdirlər. Yerli şirkətlərdən birinin mütəxəssisləri reanimasiya və hava ilə oksigeni qarışdıran aparatları tamamilə lokallaşdırmaqla bu problemi aradan qaldırıblar.

Bu şirkət 2008-ci ildə müalicə mərkəzlərinə uyğun və lazımi xidmətlər göstərmək məqsədi ilə yaradılıb. Elə ilk gündən diqqətini keyfiyyətli və etibarlı tibbi avadanlıqların istehsalı və təqdim olunması üzərində cəmləyib. Bu istiqamətdə lazım olan qanuni lisenziyaları da Tibbi Avadanlıqların Baş İdarəsindən əldə etməyə nail olub.

Bu şirkət iranlı mütəxəssislərin bilik və ixtisasına söykənərək körpələr üçün reanimasiya və hava ilə oksigeni qarışdıran aparatları tamamilə lokallaşdırmağa nail olub. Bu nailiyyət ölkənin tibbi avadanlıqlar sahəsində müstəqilliyi və xarici nümunələrə bağlılığın azaldılması istiqamətində mühüm addımdır.

Bu elm təməlli şirkətin baş direktoru Məsud Süleymani bu məhsulun tətbiqi barəsində deyib: Biz körpələrin tənəffüs aparatlarının, xüsusən də reanimasiya və hava ilə oksigeni qarışdıran aparatların istehsalı sahəsində fəaliyyət göstəririk. Bu aparatların bütün hissələri iranlı mütəxəssislər tərəfindən dizayn edilərək hazırlanıb və heç bir xarici nümunə kopyalanmayıb və ya tərs dizayn edilməyib. Bu da aparatların təmir olunmasının asanlığına və xarici oxşar nümunələrlə müqayisədə daha münasib qiymətə səbəb olub.

O, sözlərinin davamında deyib: Orqonomik dizaynı və sadə istifadəçi interfeysi ilə körpə T-parçası iş təzyiqlərinin tətbiqində səhvə yol vermədən və reanimasiya dövründə yorğunluq yaratmadan reanimasiya əməliyyatını həyata keçirmək imkanı verir.

Onun sözlərinə görə, körpə reanimasiya T-parçası oksigen qarışdırıcısına, oksigen və hava axının ölçən cihaza, kapsul tənzimləyicilərinə, maskaya və körpənin nəfəs borusuna qoşulma imkanına malikdir. Bununla da, onun müxtəlif şəraitlərdə istifadəsində elastiklik yaradılır.

Süleymani, həmçinin bildirib ki, istifadəçiyə yenidoğulmuşun şəraitini nəzərə alaraq tənəffüs təzyiqlərini dəqiq tənzimləməyə imkan yaradan PIP və PEEP miqdarları asan tənzimlənir.

O, sonda bildirib: Bu məhsul körpə, qadın və təcili yardım şöbələrində və s. istifadə edilə bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir