Tacikistan komandasını məğlub edən İranın on yeddi yaşadək ikinəfərlik badminton komandası Tacikistanda keçirilən Orta Asiya Oyunlarında İran badmintonunun dördüncü qızılını əldə etməyi bacarıb.
İRİB-nin məlumatına əsasən, Birinci Orta Asiya Oyunları avqustun 11-dən 15-dək Tacikistanda keçirilib.
Oğlanların on yeddi yaşadək birnəfərlik və on beş yaşadək ikinəfərlik, həmçinin qızların on beş yaşadək ikinəfərlik komandalarının qızıl medallar əldə etmələrindən sonra bu dəfə Ferdous Furuği və Ayda İnayətinin ikinəfərlik komandası Tacikistan komandasını məğlub etməklə İran badmintonunun dördüncü qızılını əldə etməyə müvəffəq olub.
Qeyd edək ki, İranın Badminton Federasiyasının vitse-prezidenti Fəriba Mədədi də Asiya Federasiyası tərəfindən baş hakim köməkçisi kimi bu yarışlara dəvət olunubdur.