İranın ağırlıq qaldırma üzrə milli komandası Asiya çempionu olub

İranın ağırlıq qaldırma üzrə milli komandası Asiya yarışlarının çempion titulunu öz adına yazdırıb.

Asiya çempionatının ağır atletika yarışlarının sonunda İran milli yığması komanda sıralamasında birinci pillədə dayanmağı və çempion olmağı bacarıb.

Asiya çempionatının ağır atletika yarışlarının son günündə, İranın ağır çəkili iki təmsilçisi Əlirza Yusifi və Ayət Şərifi öz rəqibləri ilə mübarizə aparıblar. Birdən qaldırma üzrə yarışların gümüş medalı Şərifiyə və təkanla qaldırma yarışların gümüş medalı Yusifiyə çatıb. Asiya çempionatı yarışlarının son günündə əldə olunmuş iki medalla, İran milli yığması kişilər kateqoriyasında çempion olub.

Bu yarışların kişilər kateqoriyasının yekun reytinqində İran komandası 635 xalla birinci pillədə dayanıb. Özbəkistan 631 xalla ikinci sırada yer alıb və çinlilər də 608 xalla üçüncü olublar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir