İnnovasiya və Rifah Fondunun rəhbəri son 3 il ərzində elm təməlli şirkətlərdə qadın baş direktor və direktorlar şurası sədrlərinin iki dəfə artması haqda məlumat verib.
İnnovasiya və Rifah Fondunun rəhbəri Məhəmməd Sadiq Xəyyatiyan hz. Fatimeyi Zəhranın (s) mövlud günləri və qadın və ana məqamının uca tutulması həftəsi münasibəti ilə təbriklərini çatdıraraq deyib: Qadınların müxtəlif sosial, mədəni, idman, siyasi, iqtisadi və elmi sahələrdəki dolğun və təsirli iştirakının şahidiyik. Bu mövzu xüsusilə 14-cü hökumətdə özünü daha da qabarıq göstərib və qadınların istedadından ölkənin inkişafı üçün istifadə edilib.
O, bildirib: Qadınların xüsusilə elm və texnologiya sahəsindəki iştirakı və rolu çox diqqətəlayiqdir. Universitetlərin elmi heyət üzvlərinin 30%-i qadınlardan ibarətdir. Biliyə əsaslanan sahədə də bu iştirak və təsir müşahidə olunmaqdadır.
İnnovasiya və Rifah Fondunun rəhbəri qadınların ölkədəki innovasiya və texnologiya ekosisteminin inkişafında əhəmiyyətli dərəcədə təsirinə toxunaraq deyib: Hazırda elm təməlli şirkətlərin sayı 10 mini keçib. Diqqət ediləsi məqam budur ki, elm təməlli şirkətlərdə qadın baş direktor və direktorlar şurası sədrlərinin sayı əhəmiyyətli dərəcədə artıb.
Xəyyatiyan sözlərinin davamında bildirib: Statistikalar göstərir ki, elm təməlli şirkətlərdə qadın baş direktor və direktorlar şurası sədrlərinin sayı 2021-ci ildəki 1092 nəfərdən 2024-cü ilin Noyabr-Dekabr aylarına qədər 2250 nəfərə çatıb. Bu da, iki dəfə artım olduğunun göstəricisidir.
O, həmçinin vurğulayıb: İran İslam Respublikasının xanımlarından öz əsas fəaliyyətlərindən birini elm təməllilər sahəsində qərar vermələrini gözləyirik. Çünki bu gün elmə əsaslanan sahə bir seçim deyil, zərurətdir. Bizim İnnovasiya və Rifah Fondunda ölkə qadınlarının bu sahədə mümkün qədər çox iştirakı və fəalliyəti üçün şərait yaratmağa imkanımız var.