İranda smart rəqəmsal eşitmə aparatının istehsalı

Kütləvi istehsala və bazara çıxarılmağa hazır olan smart rəqəmsal eşitmə aparatı qida, dərman və tibbi avadanlıqlar sahəsində elm təməlli məhsulların ikinci sərgisində təqdim edilib.

Xarici KİV-in Prezident yanında Elmi Müavinliyə istinadən verdiyi məlumata görə, smart rəqəmsal eşitmə cihazı istehsal edən elm təməlli şirkətin baş direktoru bu şirkətin Pars Tech brendi ilə istehsal edilən rəqəmsal eşitmə cihazının təqdimatına toxunaraq deyib: Bu eşitmə cihazı ölkənin müxtəlif tibb elmləri universitetlərinin bir sıra audiologiya professorunun, audiologiya mütəxəssislərinin, Səhiyyə Nazirliyi və Tibbi Avadanlıqlar Baş İdarəsi rəsmilərinin dəstəyi və iştirakı ilə qida, dərman və tibbi avadanlıqlar sahəsində elm təməlli məhsulların ikinci sərgisində təqdim edilib.

O, sözlərinin davamında deyib: Eşitmə qabiliyyəti zəif olanlar üçün eşitmə aparatının istehsal texnologiyası bir neçə Avropa ölkəsi və Şimali Amerika ölkəsinin ixtiyarındadır. Eşitmə cihazı və eşitmə avadanlıqarının ölkəyə gətirilməsi ölkə üçün çox valyuta çıxışına səbəb olur, amma bu məhsulların idxalı himayət valyutasına şamildir.

Bu texnoloq eşitmə cihazının İranda istehsal olunmasının tibb işçiləri, eşitmə cihazı istifadəçiləri və Tibbİ Ləvazimat və Avadanlıqlarının Baş İdarəsinin rəsmiləri tərəfindən böyük rəğbətlə qarşılandığını bəyan edərək deyib: Eşitmə cihazının material və proqramının tamamilə təcrübəli və mütəxəssis iranlı mühəndislər tərəfindən istehsal olunmasını nəzərə alaraq, bu sahədə özünü təmin etmə valyuta çıxışının və xarici asılılığın qarşısını ala bilər.

O, aydın və çox təmiz səs, eşitmə cihazının qulaq kanalının anatomiyasına uyğun olaraq formalaşdırılması və istehsalı, səkkiz emal kanalı və səs-küyün azaldılması sxemləri ilə təchiz edilməsi və tinnitusun müalicəsi imkanını İran istehsalı olan eşitmə cihazının xüsusiyyətlərindən olduğunu bildirərək deyib: Bu eşitmə cihazı, eşitmə cihazını gizlətmək və qulaq kanalında minimum dərəcədə görünməyini istəyən şəxslərə tamamilə uyğundur.

Baş direktorun sözlərin görə, ölkədə eşitmə aparatının istehsalına dair unikal gücə yiyələnməkdən əlavə, daha uzun müddətli satış sonrası xidmətlərin götərilməsi və eşitmə cihazının qiymətinin aşağı salınması imkanı İranda eşitmə qəbilyyəti zəif olanlar üçün çox faydalı nailiyyətdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir