İranın elm təməlli şirkətlərindən biri WPLsoft və LOGOsoft proqramı ilə proqramlaşdırılma qabiliyyətinə malik olan müxtəlif növ “PLC”-lər istehsal etməyə müvəffəq olub.
PLC yaxud “proqramlaşdırıla bilən məntiq nəzarətçisi” sənaye tətbiqlərində istifadə üçün gücləndirilmiş rəqəmsal sənaye kompüteridir. O, istehsal proseslərinə, montaj xəttlərinə, robot cihazlarına nəzarət kimi sənaye proseslərində və ümumiyyətlə, dəqiq və etimad olunan nəzarətə və nöqsanın sadə şəkildə tapılmasına ehtiyacı olan hər bir prosesdə istifadə olunur.
PLC-lərdən istifadə rele nəzarət sxemlərində adətən istifadə olunan bir çox naqil çəkmələrin aradan qalxmasına səbəb olub. Asan quraşdırılma və proqramlaşdırılma, qısa cavab müddəti, yüksək idarəetmə sürəti, şəbəkələşdirmə imkanı, sadə sınaq və nöqsanın tapılması, yüksək etibarlılıq rele sistemlərinin əvəzinə PLC-dən istifadə etməyin digər üstünlüklərindəndir.
Elm təməlli Rəqəmsal Gostar Parsian Şirkətinin baş direktoru Mehdi Məşhədi bu şirkətin İranda ilk və yeganə PLC istehsal edən şirkət olduğunu bildirərək deyib: Hər bir sistemin istifadəçinin istəyini kamil şəkildə yetrinə yetirməsi üçün optimal performans baxımından dəqiq nəzarətə ehtiyacı var. Sistemlərin nəzarəti üçün də elektronika mözvuları sadələşdirilmiş avtomatlaşdırma avadanlıqlarının istifadəsi lazımdır. Avtomatlaşdırma avadanlığı olan bütün fənnlər öz sistemlərinə nəzarət edə bilərlər. Bu cihazlarla işləmək üçün avtomatlaşdırma proqramlaşdırılmasının öyrənilməsinə ehtiyac var.
O, bildirib: İdarəetmə avadanlıqları yaxud nəzarətçilər ən həll edici sənaye avtomatlaşdırma avadanlıqlarıdır və onları əməliyyatın beyni adlandırmaq olar.
Məşhədi çox sürətli çap etmə, çox dəqiq hesablama gücü, qısa təlim zamanı, yüksək sürətli sayma, enerji istehlakının optimallaşmasında təsirli olmaq və.s kimi göstəriciləri PLC-nin üstünlüklərindən olduğunu bildirib.
O, həmçinin bildirib: Şirkətdə istehsal edilmiş sənaye PLC-ləri müxtəlif şərait və istifadələr üçün müxtəlif modellərdə dizayn ediliblər. Məsələn, bəzi PLC nümunləri daş kəsmə, lift və ərtaf mühitə nəzarət kimi layihələrdə istifadə, digər bir nümunəsi servemotor və pilləli mühərriyin qurulması kimi yüksək sürətli giriş-çıxış tələb edən layihələrdə istifadə üçün istehsal edilib. Başqa bir nümunəsi isə nümunə götürmə və dəyişkən bir şeyin sürətinə nəzarət tələb edən layihələrdə istifadə üçün analoq və rəqəmsal giriş-çıxışa sahib şəkildə hazırlanıb.