Lent mişar kəsici aparatı, sənayedə sərt hissələri doğramağa kömək edir və qiyməti xarici nümunəsinin təxminən yarısı qədərdir, amma yüksək keyfiyyətə sahibdir.
Xətir maşın şirkətinin idarə heyətinin üzvü Həmid Rza Təqizadə Xətir, lent mişar kəsici aparatının təxminən bütün sənaye sahələrində tətbiq olunmasına işarə edərək deyib: Asan və dəqiq kəsmə cəhətindən yüksək keyfiyyət və qabiliyyətli, uyğun bıçaq seçimli lent mişar dəzgahları mis, dəmir, aliminium kimi ağır filizlər, müxtəlif növ profillər üçün münasibdir.
Sexdə kəsmə sistemindən istifadə
Soyuq kəsmə qrupunda yer alan lent mişar kəsmə sistemi, sex işlərinin yerinə yetirilməsində və kiçik sənayelərdə ehtiyac duyulan avadanlıqaların ən əhəmiyyətlisidir. Demək olar ki, iş zamanı bu dəzgahda rahatlığın olmasına və həmçinin, kəsmə əməliyyatı zamanı yüksək sürətə malik olmasına görə müxtəlif növ materiallarda kəsmə əməliyyatı üçün işlədilən aparatların ən çox istifadə olunanıdır.
Bıçağın çıxması yaxud qırılması kimi şəraitlərdə, gərək bəzi məqamlar nəzərə alınsın. Bu növ mişarın hazırlanması və istehsalında bu məqam, çox yaxşı riayət olunaraq təhlükəsizlik tədbiri yüksəlib.
İran istehsalı olan lent mişar kəmsə dəzgahı düşüncəli şəkildə yaradılaraq diqqəti yüksəldib və insan xətasının azaldılmasına kömək edib.

İran istehsalı məhsulların keyfiyyəti o qədər artıb ki, bu gün xarici müştəriləri var və bu da ölkə üçün dəyər, qiymət yaradır.