İranda ilk standart rubidium atom buxarı hüceyrəsi hazırlanıb

Şəhid Behişti Universitetinin tədqiqatçılarının səyi nəticəsində ölkədə ilk standart rubidium atom buxarı hüceyrəsi hazırlanıb.

Xarici KİV-in verdiyi məlumata görə, Şəhid Behişti Universitetinin Lazer və Plazma İnstitutunun Fotonik İnnovasiya Mərkəzində yerləşən Norgostar Sensors Şirkətinin tədqiqatçılarının səyi nəticəsində istinad buxarı hüceyrələri tədqiqatçılar üçün uyğun olan müxtəlif formalarda və xüsusiyyətlərdə lokallaşıb.

Halbuki, bu məhsul indiyədək çox sərt məhdudiyyətlərlə, uzun zaman sərf etməklə və bir neçə qat qiymət artımı ilə Amerikadan gətirilirdi.

Bu hüceyrələr atom sensorlarının, atom saatlarının və ölkələrdə dəqiq tezlik istinadlarının əsas nüvələri kimi istfadə olunur. Bu hüceyrələr valyuta qənaətini qorumaqla, beynəlxalq orjinal nümunələrlə rəqabət aparma qabiliyyətinə malikdirlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir