İranda ilk dəfə olaraq transplant toxumanın saxlanılması üçün lazım olan məhlulun hazırlanması

İranda ilk dəfə olaraq transplant toxumanın qorunması üçün məhlul Royan Tədqiqat İnstitutunun tədqiqatçıları tərəfindən hazırlanıb. Bu məhlul Qida və Dərman Təşkilatından istehsal lisenziyası əldə etməyə müvəffəq olub.

Təxminən 5 il səy və təqibdən sonra (böyrək və qaraciyər) transplant toxumannın saxlanılması üçün lazım olan bu məhlul Royan Tədqiqat İnstitutunun vençur kapitalının və Lotus Parsiyan Funding-in ilk məhsulu olaraq Qida və Dərman Təşkilatından 16 rəqəmli IRC: İran Qeydiyyat Kodunu (əczaçılıq məhsulları üçün identifikator və lisenziya) əldə etməyə nail olub.

Bu məhlulun tədqiqat və inkişaf mərhələləri WISCONSINIL brendi ilə Nilfar Biotexnologiya şikətində həyata keçirilib. Onun yekun mərhələsi və kommersiyalaşdırılması bu şirkətin və Gene Asa Teb Şirkətinin iştirakı ilə başa çatıb.

Bu dərman məhsulunun istehsalının başlanması İran üçün mühüm nailiyyətdir. Ölkədəki xəstəxanaların və transplantasiya mərkəzlərinin bu məhsula olan minimum tələbatı illik olaraq təxminən 10 min litrdir. Hal-hazırda bu dərman məhsulu yalnız idxal yolu ilə təmin olunur.

Transplant toxumannın saxlanılması üçün lazım olan məhlulun yerli istehsalı ilə ölkə istehlakının 17 min litrə çatacağı gözlənilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir