Dəniz trafikinə nəzarət sisteminin əsas komponentlərindən olan sahil limanlarının X diapazonlu qabaqcıl radarı İranda ilk dəfə olaraq tam şəkildə lokallaşaraq istehsal olunub.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinə istinadən verdiyi məlumata əsasən, dəniz trafikinə nəzarət sisteminin əsas komponentlərindən olan sahil limanlarının X diapazonlu qabaqcıl radarı kosmik və qabaqcıl nəqliyyat sahəsindəki texnologiyaların inkişafı mərkəzinin dəstəyi ilə elm təməlli bir şirkət tərəfindən ölkədə ilk dəfə olaraq tam şəkildə lokallaşaraq istehsal olunub.
Elm təməlli şirkətin baş direktoru Höccətullah Bigi bu nailiyyət barəsində deyib: Demək olar ki, dünyanın bütün limanları bu sistemlə təchiz olunub. Beynəlxalq Dəniz Təşkilatı tərəfindən dünya limanlarına, o cümlədən ölkəmizdəki limanlara bu sistemdən istifadə etmək tövsiyə olunur.
Bigi dəniz trafikinə nəzarət proqramının (VTS) İmam Xomeyni, Şəhid Rəcai və Ənzəli limanlarında istifadə olunduğunu bildirərək deyib: 2004-cü ildə bir Fransa şirkəti tərəfindən ölkəmizdə quraşdırılan və istifadəyə verilən bu sistem radio naviqasiya sistemi, radar sistemi, avtomatik identifikasiya sistemi, hidroqrafik və meteoroloji sistemlər kimi müxtəlif sistemlərdən təşkil olunub.
O, sahil limanlarının X diapazonlu qabaqcıl radarı bu sistemin ən əsas komponentlərindən olduğunu bildirərək deyib: Bu radarın digər sensorlarla müqayisədə malik olduğu xüsusiyyətlərə görə, o, bu sistemin əsas komponentlərindən biri sayılır. Ölkəmizdə təxminən 20 il əvvəl bir Danimarka şirkəti bu radarı təmin edib və əslində Fransa şirkəti dəniz trafikinə nəzarət proqramının montajçısı idi.
X diapazonlu radarın ölkənin dörd limanında uğurla quraşdırılması
Bigi İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra istehsalçı şirkətlərin bu sistemə aid xidmətlər və ehtiyat hissələrinin satışından imtina etmələrinə işarə edərək deyib: Bu hadisənin ardınca, limanlarda dəniz trafikinə nəzarət üçün ehtiyac duyulan sahil limanlarının X diapazonlu qabaqcıl radar sistemini tam olaraq lokallaşdırdıq. Əslində, bu sistemin həm cihazındakı, həm də proqramındakı bütün hissələri yerli mütəxəssislər tərəfindən lokallaşaraq Əmirabad, Buşəhr, şəhid Rəcayi və Çahbar limanlarında uğurla quraşdırılıb. Hal-hazırda bu sistem bu limanlarda istifadə olunur və əməliyyatları tam şəkildə yerinə yetirir.
O, dəniz trafikinə nəzarət sisteminin radio naviqasiya sistemi və radar sistemindən təşkil olunduğunu bildirərək deyib: X diapazonlu qabaqcıl radarların həm üzən, həm də sahil nümunələri var. Bəzi sahil nümunələrində ötürücü və qəbuledici qurğular mastın üzərinə quraşdırılır. Bəzi nümunələrdə isə ötürücü və qəbuledici qurğular kabinənin içərisinə və mastın altına yerləşdirilir.
Bigi ölkə limanlarında istifadə olunan sistemi 25 kilovat güclü X diapazonlu radarlardan olduğunu bildirərək deyib: Bu sistemlər artırılma qabiliyyətinə malikdir. Yəni bunlarda ötürücü və qəbuledici qurğu ikiqat artırılıb və əgər bu qurğuların birində problem yaranarsa, növbəti qurğu avtomatik olaraq öz işinə davam edir. Biz də bu sistemi həmin quruluşla tam şəkildə lokallaşdırmışıq. Onda istifadə etdiyimiz proqram üzərində müxtəlif növ dəniz xəritələri həyata keçirilə bilən tam bir proqramdır və o, limanların ehtiyacı ilə tam formada uyğun olaraq hazırlanıb.