Elm təməlli tədqiqatçılar ilk dəfə olaraq ölkədə “avtomobilin təcili zəng” sistemini hazırlayaraq istehsal ediblər. Bu sistem yol qəzalarından yaranan ölüm hallarının azaldılmasında mühüm rol oynayır.
Xarici KİV-in Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin Rabitə və İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata əsasən, Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin və Kosmik və Qabaqcıl Nəqliyyat Sahəsindəki Texnologiyaların İnkişafı Mərkəzinin dəstəyi ilə İranda ilk dəfə olaraq avtomobilin təcili zəng sistemi istehsal olunub.
Ağıllı sistemlərin dayanıqlı nəqliyyata təsiri sahəsində tədqiqatçı olan Səid Şəhradməneş bu məsələni açıqlayaraq deyib: Hazırlanmış avtomobilin təcili zəng sistemi iki hissədən ibarətdir: e-call və b-call. E-call, yol hadisələri baş verən zaman qəza keçirənlə xilasetmə mərkəzləri arasında ikitərəfli əlaqə yaratma imkanı və maşının növü, hadisənin baş vermə vaxtı və məkanı, həmçinin qəzanın şiddəti kimi qəza ilə bağlı olan məlumatların xilasetmə mərkəzlərinə göndərmə imkanı yaradan bir sistemdir. Xilasetmə mərkəzləri də bu məlumatları əldə etməklə xilasetmə əməliyyatının sürətini artıra bilərlər.
Şəhradməneş avtomobil sənayesində vacib hissə olan b-call (breakdown call) sistemi yaxud nasazlıq zəngi sistemi barəsində deyib: Bu sistem sürücüyə nəqliyyat vasitəsində nasazlıq baş verdiyi təqdirdə, yalnız bir düyməni basmaqla avtomobil istehsalçılarının yol kənarı yardım mərkəzləri ilə əlaqə saxlama imkanı yaradır. B-call funksiyasını aktiv etməklə, proqram avtomatik olaraq yol kənarı yardım əlaqə mərkəzinə və avtomobil istehsalı şirkətlərinin xidmət göstərmə mərkəzlərinə xəbərdarlıq edir.
O, əlavə edib: Bu sistem avtomobilin GPS koordinatlarını, avtomobilə və sürücüyə aid məlumatları göndərməklə, hətta mümkün olduğu surətdə avtomobil tərəfindən xəta kodlarını elan etməklə, problemin mümkün qədər daha tez və daha yaxşı müəyyən edilməsindən ötrü texniki qrupun hadisə yerinə göndərilməsindən əvvəl bu kodları texniki yardım qrupuna ötürə bilər.
Avtomobilin qara qutusu rolunda təcili zəng sistemləri
Şəhradməneş bu ağıllı sistemin üstünlükləri və tətbiqləri barəsində də deyib: Bu növ ağıllı sistemlər bir növ avtomobilin qara qutusu rolunu oynayırlar və mühərrik sürəti, avtomobil sürəti, mühərrik dövrəsi, lentlərin vəziyyəti, avtomobilin siqnalları kimi daha universal məlumatları və avtomobil kompüteri vasitəsilə əldə edilməsi mümkün olan məlumatları mərkəzi serverdə saxlayıb, lazım olan vaxtda polis və təcili yardım kimi orqanların ixtiyarına verə bilərlər. Bu icra orqanları hadisənin baş vermə səbəbinin müəyyənləşməsində və oxşar hadisələrin qarşısının alınmasında bu məlumatlardan istifadə edə bilərlər.
O, ağıllı təcili zəng sisteminin (e-call) istifadəsi barəsində deyib: Bu sistem nəqliyyat təhlükəsizliyinə və nəqliyyat vəziyyətinin yaxşılaşdırılmasına çox kömək edir. Ağıllı təcili zəng sistemi hadisələrin daha sürətli çatdırılması qabiliyyətinə görə, xilasetmə əməliyyatının sürətinin artırılmasına və yol qəzalarından yaranan ölüm hallarının azaldılmasına kömək edə bilər. Həmçinin o, yanğın söndürmə və polis kimi yardım qüvvələrinin gəlməsini sürətlədirməsinə görə, yolların daha sürətli şəkildə açılmasına və qəzalar nəticəsində yaranan tıxacların azaldılmasına imkan yaradır.
Bu tədqiqatçı ağıllı yol kənarı yardım çağırma sisteminin (b-call) istifadəsi barədə də deyib: Bu sistem xüsusilə kommersiya yük maşınları sahəsindəki xidmət göstərmə sürətinin artırılmasına və yolda qalmış avtomobillərə çox kömək edə bilər. Bu da ölkədə yük daşınmasının sürətinin artırılması ilə nəticələnə bilər. Təbii ki, bu avtomobillərə yardım xidmətlərinin sürətinin artması ilə xüsusilə tranzit yollarında bu avtomobillərin nasazlığından yaranmış tixacın azaldılmasına da imkan yaranacaq.