İranda dünyanın ən böyük çəhrayı morganit daşının təqdimatı keçirilib

İranda Allahın günəşi (Sun God) adlı, 883 karat çəkili, beynəlxalq mötəbər GIA (Amerika Gemoloji İnstitutu) sertifikatına malik dünyanın ən böyük çəhrayı morganit daşının təqdimatı keçirilib.

Xarici KİV-in verdiyi məlumata görə, Tehranın Azadlıq qülləsinin mədəni incəsənət kompleksində yerləşən İranın Meteorit Muzeyi bir qrup elm və mədəniyyət adamının iştirakı ilə qiymətli iki parça Mars meteoritinin, həmçinin  Allahın günəşi (Sun God) adlı, 883 karat çəkili, beynəlxalq mötəbər GIA (Amerika Gemoloji İnstitutu) sertifikatına malik dünyanın ən böyük çəhrayı morganit daşının və dünyanın ən nadir qiymətli aleksandrit daşının təqdim etmə mərasiminə ev sahibliyi edib.

İranın Meteorit Muzeyi direktoru Höccət Kamali verdiyi müsahibədə dünyanın ən böyük çəhrayı morganit daşı ilə əlaqədar deyib: Bundan əvvəl bu daşın böyük nümunəsi İngiltərə kraliçasına məxsus 580 karat çəkili olub ki, bu daşdan təxminən 300 karat daha kiçikdir.

Morganit 2010-cu ildən bəri əhəmiyyətli dərəcədə sevilən çəhrayıdan narıncı-çəhrayı rəngə qədər olan bir daşın adıdır. Bu daş bir növ beril, yüksək davamlı berilyum alüminium silikat mineraldır. Morganit narıncı-çəhrayı rəngilə digər beril növlərindən seçilir.

Morganit sapfir daşından sonra ikinci ən sevimli rəngli daşdır ki, günümüzdə nişan üzüklərinin mərkəz daşı kimi istifadə olunur. Morganitin rəngi azca sarıya meyilli narıncıdan, narıncı, narıncı-çəhrayı, çəhrayı və azca bənövşəyiyə meyilli çəhrayıya qədər rənglər arasında dəyişir.

Bu rəng spektri bir çox insanı özünə cəlb edir. Əslində, az miqdarda olan manqan morganitin şaftalı və çəhrayı rənginin təbii şəkildə yaranmasına səbəbdir.

Morganitlərin bir çoxunun təbii rəngi çox açıq rəngli olur, xüsusən də 2 karat və daha az çəkili daşlara kəsildikdə. Ən yaxşı zahiri görünüşdə daşın ölçüsü ən azı 2 karat olmalıdır.

O, həmçinin aleksandrit daşının ən məşhur növünün Brazilyada yerləşən mədənlərdən çıxarılan Brazilya növü və məşhurluq səbəbinin onun şəffaflığı və yüksək xalisliyi olduğunu bildirərək deyib: Bu qiymətli daş Myanma, Şri Lanka, Tanzaniya, Andhra Pradeş (Hindistan növü) və Madaqaskarda (Afrika tipi) yerləşən mədənlərdən də çıxarılır.

Meteorit tədqiqatçısı sözlərinin davamında deyib: Adətən aleksandrit daşı 3 karatdan aşağı ölçülərdə mövcud olur və 3 karatdan yuxarı nümunələr isə çox nadir tapılır. Ən böyük kəsilmiş aleksandrit daşı Vaşinqtonda yerləşən Smithsonian İnstitutunda saxlanılır və onun çəkisi 65.7 karatdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir